Əsas səhifə Biznes sahələri Texnologiya “WhatsApp”dan yeni funksiya gəlir

“WhatsApp”dan yeni funksiya gəlir

81
Paylaş

“WhatsApp” tərtibatçıları, müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silmək üçün nəzərdə tutulmuş yeni bir funksiyanın sınaqlarını keçirdirlər.

“Mesajları silmək” seçimi, Android əməliyyat sistemi üçün 2.19.348 mesenjerinin beta versiyasında ortaya çıxıb. Qeyd olunur ki, bu funksiya proqramın daha əvvəlki beta versiyasında qismən mövcud olub və “Yox olan mesajlar” adlandırılıb.

Messencerin test versiyasında seçimi “Əlaqə məlumatları” və ya “Qrup çat parametrləri” nişanlarında aktivləşdirmək olar, bu halda onları yalnız qrup idarəçiləri istifadə edə bilər.

Bu vəziyyətdə istifadəçi mesajın “ömrünün” müxtəlif müddətlərini – saat, gün, həftə, ay və ya il olaraq seçə biləcək.