“Facebook”a məxsus WhatsApp messencerinin istifadəçiləri üçün qaranlıq rejim funksiyası işə düşüb.
Zəif işıqlandırılmış yerlərdə göz yorgunluğunu azaltmaq üçün dizayn edilən bu rejim həm də OLED ekranlı smartfonlarda enerjiyə qənaəti də təmin edəcək. Tam olaraq qara fon ancaq iOS-da olacaq, Androiddə isə tünd göy-boz rəng tətbiq edilir.
Smartfonda Android 10 və ya iOS 13 quraşdırılmış olarsa gecə rejimi WhatsApp-da qrafik üzrə avtomatik olaraq qoşula və ya müvafiq sistemli quraşdırma əsasında təkrarlana-təkrarlana daim işləyə bilər. Bundan qabaq əmin olmaq lazımdır ki, tətbiq artıq son versiyaya kimi yenilənib.
Daha köhnə Android versiyalı aparatlarda rejim avtomatik deyil, messencer qurğularından idarə olunaraq aktiv edilir ( “Qurğular”- “Söhbətlər” – “Mövzu”). Belə olan halda günün vaxtından asılı olaraq rejimə avtomatik qoşulma seçimi əvvəlcədən təmin edilmir.