Əsas səhifə Biznes sahələri Texnologiya “WhatsApp”da video müddəti azaldıldı

“WhatsApp”da video müddəti azaldıldı

19
Paylaş

Dünyada 2 milyarddan çox istifadəçisi olan populyar mesajlaşma tətbiqi «WhatsApp» burada yerləşdirilən videoların müddətinə qoyulan vaxt limitini bir qədər də qısaldıb.

Bundan sonra «WhatsApp» istifadəçiləri öz statuslarında əvvəlki kimi 30 saniyə deyil, 15 saniyə məhdudiyyətli videolar yükləyəcəklər.

Başqa sözlə, bu limit «WhatsApp»la göndərilən videolara deyil, statusa yerləşdirilən videolara aiddir. Limitin azaldılmasının səbəbi internetdən istifadənin artması və serverlərdə baş verən sıxlıqla əlaqədardır.

Qeyd edək ki, hələlik Facebook bu barədə rəsmi elan verməyib, istifadəçilər limitin azaldılması barədə «WhatsApp»a yaxın qruplardan məlumat alıblar. Limitin tətbiqinə ilk olaraq Hindistandan başlanıb, məhdudiyyət tezliklə «WhatsApp»ın fəaliyyət göstərdiyi bütün ölkələrdə tətbiq olunacaq.