“WhatsApp”a dörd yeni funksiya əlavə olunacaq

Date:

Paylaş:

Bu il dünyaca məşhur mesajlaşma tətbiqi WhatsApp-da dörd yeni funksiya mövcud olacaq.

Bizplus.az xəbər verir ki, ən son yenilik tətbiqin açılış ekranında “From Facebook” (Facebook-dan) sözünün əlavəsi olub.

Yeni ildən platformaya gələn funksiyalara nəzər salaq:

Silinən mesajlar

Yenilənmə ilə artıq silinən mesajları WhatsApp-da görmək mümkün olacaq. Yeni funksiya ilə istifadəçilər, həmçinin mesajların silinmə vaxtını da planlaya biləcəklər. Vaxt bitdiyində isə mesaj avotmatik olaraq silinəcək. Silmə funksiyasının planlama vaxtları 10 saniyə, 1 dəqiqə, 1 saat və 1 gün olaraq limitlənəcək.

Qaranlıq Mood

WhatsApp üçün gözlənilən  “Dark Mood” funksiyası də gerçəkləşir. Bu funksiyanı iOS ve Android cihazlarında istəyə görə aktiv ediləcək. Xüsusilə OLED / AMOLED ekranlı telefonlar üçün daha az enerji xərcləməsinə səbəb olan bu funksiya, qaranlıq şəraitdə mesajlaşmanı da asanlaşdıracaq və bu interface modu göz yorğunluğunu da azaldacaq.

Foto axtarışı

WhatsApp-a foto axtarışı funksiyası da gələcək. Yeni funksiya ilə, WhatsApp-dan göndərilən fotolar, Google üzərindən axtarıla biləcək.

Reklamlar

Facebook WhatsApp üzərindən pul qazanmağın yollarını axtarır. Şirkət platformada reklam verməyi ötən ildən planlaşdırır. Paylaşılan məlumatlara görə, WhatsApp hekəyələrində də reklamlar, Instagram platformasındakı kimi görünəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...