Whatsapp’a da Dark Mode rejimi əlavə olunacaq

Date:

Paylaş:

    Whatsapp tərtibatçıları öz rəqiblərindəön geri qalmayaraq sözügedən messencerə də Dark Mode rejimini daxil etməyi qərara alıblar. Bu barədə Gagadget saytı xəbər verib. WabetaInfo saytının mütyəxəssisləri məşhur messencerin son beta versiyası olan Whatsapp 2.19.82-də Dark Mode rejimini aktivləşdirə biliblər. Lakin yeni funsiya hələki hamı üçün aktiv deyil.

    Təqdim olunmuş fotolardan da görmək olar ki, messencerdəki Dark Mode rejimi Facebook Messenger-dəki kimi qara deyil. Whatsapp-dakı bir qədər boz rəngdədir. Buna görə də o, AMOLED ekranlar üçün o qədər də uyğun gəlməyəcək. Lakin buna baxmayaraq bu rejim vasitəsilə messencerdən yaxşı işıqlandırılmamış mühitdə istifadə etmək daha rahat olacaq. Dark Mode rejiminin Whatsapp-da rəsmi olaraq nə zaman aktiv ediləcəyi barəsində heç bir məlumat yoxdur. Lakin ehtimal ki, bunun üçün çox gözləmək lazım gəlməyəcək./technote.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...