Məlum olduğu kimi “WhatsApp”ın həm iOS, həm də Android versiyaları yenilənib. Bu yeniləmə ilə “WhatsApp”da ödənişli bir xüsusiyyət də peydə olub. Artıq günlük planlarınızı “WhatsApp” Sizə xatırladacaq. Belə ki, tətbiq yeni xüsusiyyəti ilə istifadəçilərə ödənişli xatırlatma funksiyasını yerinə yetirəcək.
Bu məqsədlə “WhatsApp”a Any.do mobil tətbiqi inteqrasiya edilib. Bir müddət bundan öncə də Any.do-nun səlahiyyətliləri “WhatsApp”la razılığa gəldiklərini bildirmişdirlər.
Əgər planlarınızı “WhatsApp” vasitəsilə xatırlamaq istəyirsinizsə o zaman aylıq 5.99 dollarınızdan, Azərbaycan manatı ilə desək təxminən 10 manatınızdan keçməlisiniz.
Qeyd edək ki, “WhatsApp”la əməkdaşlığa başlayan Any.do tətbiqinin 10 milyondan çox istifadəçisi var.