Əsas səhifə Biznes sahələri Texnologiya “WhatsApp” messencerində yeni boşluq aşkar edilib

“WhatsApp” messencerində yeni boşluq aşkar edilib

146
Paylaş
WhatsApp
WhatsApp

“The Hacker News” portalının məlumatına görə, “WhatsApp” messencerində göndərilmiş şəkilləri silmək istədikdə səhv yaranır.

Nəşrin məlumatına görə, istifadəçi messencerdə standart sazlamalar quraşdırdığı halda “Bütün istifadəçilərdə silmək” funksiyası düzgün  işləmir. Bu halda bütün göndərilmiş şəkillər telefonun yaddaşında saxlanılır, yalnız mesajlar silinir.

Bundan başqa, sözügedən boşluq yalnız “iOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda keçərlidir. “Android” sistemi ilə işləyən smartfonlarda bu funksiya düzgün işləyir.

Nəşrin məlumatına görə, şirkətin mütəxəssisləri bu boşluğu aradan qaldırmaqdan imtina edərək bunu belə əsaslandırıblar ki, “Bütün istifadəçilərdə silmək” funksiyasının əsas işi ilk növbədə mətn mesajlarını silməkdir, media fayllara bunun aidiyyəti yoxdur.