Əsas səhifə Biznes sahələri Texnologiya “WhatsApp” ın kompüter versiyasının istifadəçiləri təhlükədədirlər

“WhatsApp” ın kompüter versiyasının istifadəçiləri təhlükədədirlər

39
Paylaş

“WhatsApp” ın kompüter versiyasının istifadəçiləri təhlükə altındadır.

Bu barədə “PerimeterX” şirkətinin tədqiqatçısı Qel Beytsman məlumat verib. Belə ki,tətbiqdə çox ziddi bir boşluq aşkarlanıb.

Məlum olub ki, bu boşluq “WhatsApp” ın həm Windows, həm də macOS üçün tərtib etdiyi tətbiqlərində mövcuddur. Fırıldaqçılar mesajlara JavaScript kodunu daxil etməklə istifadəçinin göndərdiyi mesajları dəyişdirə, kompüterdəki fayllara uzaqdan giriş əldə edə və ya zərərli proqram quraşdıra bilərdilər.

Boşluğun yaranma səbəbi tərtibatçıların Chromium-un köhnəlmiş versiyasından istifadə etmələri olub.

Xatırladaq ki, daha əvvəl “VKontakte” və “Telegram” sosial şəbəkələrinin həmtəsisçisi olan Pavel Durov istifadəçiləri “WhatsApp” dan istifadə etməkdən imtina etməyə çağıraraq, onun “casusluğuna” şübhə etmədiyini bildirmişdir.