Əsas səhifə Xəbərlər Digər xəbərlər “WhatsApp” istifadəçilərinin sayı 2 milyarda çatıb

“WhatsApp” istifadəçilərinin sayı 2 milyarda çatıb

7
Paylaş

“WhatsApp” mesajlaşma proqramından istifadə edənlərin sayı 2 milyarda çatıb.

Bu barədə tətbiqin rəsmi veb saytındakı açıqlamada bildirilir.

Məlumatda, “Bu gün dünyada 2 milyard insanın “WhatsApp” tətbiqindən istifadə etməsi xəbərini sizinlə bölüşməkdən məmnunuq”, deyilir.

“WhatsApp” rəhbərliyi mesajlaşma yolu ilə ötürülən məlumatların qorunmasına böyük diqqət yetirdiyini və bunun üçün məlumatların şifrələnməsi üsulundan istifadə edildiyini bildirir.

Qeyd edək ki, “WhatsApp” mətn mesajları mübadiləsi imkanı verən və səsli rabitəni dəstəkləyən pulsuz  xidmətdir. O, 2014-cü ildə “Facebook” tərəfindən 19 milyard dollara satın alınıb.