“WhatsApp-da hər bir istifadəçi haqqında çoxlu məlumatlar saxlanılır. Bu istifadəçilərə aid hər bir data Xüsusi Xidmət Orqanlarına satılır”.
Bu barədə Anonymous və LulzSec haker qruplaşmasının Topiary ləqəbi ilə məşhurlaşan üzvü Jake Davis məlumat yayıb.
O bildirib ki, fərdi məlumatların qorunması üçün ümumi qaydalara uyğun olaraq, məlumatları əldə edərkən, istifadəçiyə onunla bağlı üzv olduğu qrupların adları və s. informasiyaların siyahısı göndərilə bilər. Bura istifadəçinin messencerdən istifadə etdiyi ilk gündən son günə kimi əldə olunan məlumatlar daxildir.
Davis qeyd edib ki, bu məlumatlar böyük ehtimalla Xüsusi Xidmət Orqanlarına satılır: “Onlar ünsiyyət quran və hansısa qruplara üzv olan istifadəçilər haqqında çoxlu məlumatlara nəzarət edə bilirlər. Bu informasiya əsasında etirazçıların və tənqidçilərin siyahısını tərtib edə bilərlər”.