WeWork şirkətinin təsisçiləri Adam və Rebekah Neumann İPO-dan sonra 10 il ərzində 1 milyard dollar ianə edəcəklərinə söz veriblər.
Sənədlərdə deyilir ki, onlar bunu nəğd və ya səhmlər şəklində edəcəklər. Onların ilk ianəsi 20 milyon istifadəsiz tropik meşənin qorunmasına olacaq. Məbləğ isə açıqlanmır.
Şirkətin digər təsisçisi Miguel McKelvey onun şirkətdən olan payının 50%-nə bərabər məbləğdə ianə edəcək. Top-menecment rəhbərliyi isə səhmlərin satışından gələn gəlirin 10%-ə bərabər ianə etməlidir.
Əgər Neumann ailəsi 1 milyard dollar ianə etməsə Adam Neumann şirkət üzərində nəzarətin yarısını itirəcək. Bu barədə sənəddə bildirilir. WeWork şirkətinin B və C sinif səhmlərinin çoxu ona məxsusdur. Hər biri səhmdara 20 səs verir ( A sinfi səhmləri üzrə bir səs əvəzinə ) və əgər səhmdar bu öhdəliyini yerinə yetirməsə 10 səsdən məhrum olacaq.
Quartz qəzeti belə hesab edir ki, səslərin yarısını itirdiyi halda belə Neumann şirkət üzərində nəzarəti saxlayacaq.