Əsas səhifə Biznes Biznes məqalələri WeWork şirkətinin yüksəliş və süqut tarixçəsi

WeWork şirkətinin yüksəliş və süqut tarixçəsi

302
Paylaş

Yaxın zamanlara qədər dünyanın ən iri “coworking” (kommunal ofis, birgə iş) şəbəkəsi WeWork dünyanın ən uğurlu startaplarından biri sayılırdı və  47 milyard dollar dəyərləndirilirdi. IPO-ya çıxmağa hazırlaşanda və ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Komissiyasına sənədlərini təqdim etmək istəyəndə hər şey dəyişdi. Şirkətin dəyəri 4 dəfə azaldı, onun qurucusu Adam rəhbər vəzifəsindən oldu, səhmdar və analitiklər isə şəbəkənin iflasa uğrayacağını dedilər. Inc. keçmiş İsrail hərbi qüvvələrinin ərazisində yaradılmış bu startapın ucalması və uğurunun necə sürətlə əldən getməsini araşdırıb.

Kibbuts-dan (İsraildə kollektiv istehsalat təşkilatı) çıxmış milyarder

Adam Neumann 1979-cu ildə İsraildə anadan olub. 7 yaşı olanda atası ilə anası ayrılıblar və uşaqlığının qalan illərini atasız keçirib. Disleksiyası (qavrama əngəlliyi) olduğu üçün 3-cü sinifə qədər yazmağı və oxumağı bacarmayıb.

Adamın ailəsi daim “yollarda olub” – 20 yaşına kimi o artıq 13 müxtəlif yerdə yaşamışdı : Qaz  sektoruna yaxın Kibbutsdan tutmuş İndianapolisə (ABŞ) kimi. Gənc yaşlarında Neumann külək sörfü (idman növü) ilə məşğul olub və İsrailin Hərbi Dəniz Akademiyasında təhsil alıb. Bundan sonra 5 il donanmada xidmət edir. 2002-ci ildə İsraildən ABŞ-a və bu dəfə birbaşa Nyu-Yorka gəlir. Burada nənəsinin maddi dəstəyi ilə Barux adına biznes kollecə daxil olur.

Buradakı qapalı həyat tərzi, insanların hətta liftdə bir-birinə salam verməməsi və qonşuların hal-əhvallaşmaması Adamda güclü emosional narahatlıqlara yol açırdı. Çünki o belə şəraitə öyrəşməmişdi. Hətta buna görə orada artıq model kimi peşəkar fəaliyyət göstərən bacısı ilə mübahisələri də düşürdü. O bacısı ilə rəqabət apara bilmədi, amma elə həmin vaxtlarda onda ilk biznes ideyası yarandı. İdeya, birgə yaşayış üçün  ev icarəyə verilməsindən ibarət idi və bura da mahiyyətcə gələcək WeWork-ün prototipi idi.

İməkləyən körpələr üçün geyim biznesi

Adam biznes-plan tərtib edir və öz kollecində onu müsabiqəyə çıxarır. Plan beş turdan ancaq birincisini keçə bilir.

Amma Neumann əl çəkmir və yeni bir biznes ideya yaranır: yığılan dabanlı qadın ayaqqabıları. Amma bu layihə də uğursuz olur. Əvəzində isə növbətisi istehsal mərhələsinə kimi gedə bilir. Belə ki, Adam bu dəfə diz yerlərinə qoruyucu qapaqlar tikilmiş körpə şalvarları buraxmaq qərarına gəlir. Amma məhsul satışa çıxmır : ilk partiyanı ləğv etməli olurlar, çünki çin istahsalçısı ölçülərdə səhvə yol vermişdi və say nisbətini pozmuşdu.

Bundan sonra Neumann Krawlers brendi altında adi uşaq geyimləri ticarətinə qoşulur. İşlər o qədər yaxşı gedir ki, o, hətta bu biznesinə görə universitet təhsilini dayandırır. Bir neçə ilə  biznes 2 milyon dollar gəlir gətirir, amma bununla belə, təxminən 3 milyon dollar xərc də çıxır. Buna görə sahibkar hər şeydə qənaət etməyə çalışır və çox vaxt səkkiz əməkdaşının maaşını vermirdi. Məhz həmin vaxtlarda o, WeWork-ün gələcək həmtəsisçisi, arxitektor Miguel McKelvey ilə tanış olur. 

Təsadüfi fikir

2008-ci ilin əvvəlində Adam yeni dostu Miguel-in məsləhəti ilə ofisini onun arxitektura bürosunun yerləşdiyi binaya daşıyır. Xərclərə qənaət etmək üçün Neumann icarəyə götürdüyü meydanı alt icarəyə verir. Neumann ondan bu ofisin az bir hissəsini belə almaq istəyənlərin sayının hədsiz çox olmasından dəhşətə gəlmişdi.

Bundan sonra dostların ağlına yeni  bir əla biznes-plan gəlir. Onlar Bruklində boş bir ofis binasının  sahibini gəlirdən ona pay vermələri şərtilə həmin binanı onlara alt icarəyə verməsinə razı salırlar. Beləcə, 2008-ci ilin mayında GreenDesk şirkəti açılır. Bir ildən sonra, pay bölgüsünü vermək istəmədiklərinə görə, dostlar şirkəti 3 milyon dollara həmin icarəçiyə satırlar və dərhal WeWork adlı yenisini qururlar. Neumann CEO, Miguel isə mədəniyyət işləri üzrə direktor olur.

Özünün ilk kovorkinqini (birgə iş ofisi) şirkət Nyu-Yorkda Coxo-da açır. İcarəyə kapital cəlb etmək üçün qurucular şirkətdəki paylarının 33%-ni Waterbridge Capital-ın qurucusuna verirlər – o ona 15 milyon dollar qoymuşdu. 4 il keçdikdən sonra şirkətin səhmdarları arasında artıq JP Morgan Chase, Goldman Sachs və Benchmark da var idi. Şirkət ölkədə ən sürətlə inkişaf edən yeni tikililər icarədarı olur – 2015-ci ilin əvvəlində o artıq ABŞ, Avropa və İsraildə 51 kovorkinq-mərkəzi idarə edirdi.

Millenniallar üçün birgə iş yerləri

Müəssisəsinin uğurunu Neumann maliyyə böhranı ilə əlaqələndirirdi: “Müstəqil işləyən və ya öz şəxsi şirkətlərini açmaq istəyən insanların sayı artır – mən sadəcə bir şeyi digəri ilə birləşdirməyin yolunu tapmışam”. Kovorkinqlər məhşurlaşır və buna görə də WeWork bu trend birincisinə çevrilir.

Şirkətin meydançası adi ofislərə oxşamırdı və çoxlu fərqli cəhətləri var – işıqlı açıq məkanlar və kiçik rahat otaqlar.

Şirkətin ideologiyası ondan ibarət idi ki, bura təkcə millennialların xoşuna gəlməli deyil, həmçinin onların iş fəaliyyətinə də müsbət təsir göstərməli və  onları kibbutslar kimi birliklərdə bir araya gətirməli idi. Dostlar istəyirdilər ki, onların kovorkinqlərinin rezidentləri bir-birlərini həvəsləndirib dəstəkləsinlər və ideyalarını bir-birləri ilə bölüşsünlər. Buna görə də şirkət özünün hər bir iş məkanında mühazirələr, treninqlər və seminarlar üçün yer ayırır. Zamanla bəzi WeWork kovorkinqləri əsl biznes-inkubatorlarına kimi inkişaf edir və şirkət rezidentlər arasında ünsiyyət üçün öz tətbiqini belə buraxır.

Şirkətin qurucuları tanınmış oyunçulardan böyük məbləğdə pul cəlb edirlər, onları iri şəhərlərdə böyük meydanların uzunmüddətli icarəsinə sərf edirlər.

Hər yerdə We

Şirkətin hal-hazırda bütün dünya üzrə 125 şəhərdə 837 kovorkinq-mərkəzi, 12,5 min əməkdaşı və 466 min müştərisi var. İş stollarını və ayrıca ofisləri onlardan təkcə kiçik bizneslər və müstəqil işləyənlər deyil Microsoft kimi nəhənglər də icarəyə götürürlər. Neumann-ın şirkəti hətta IBM, Airbnb və Amazon kimi şirkətlərin binalarını idarə edir.

Şirkət qarşısına belə bir məqsəd qoyub – təkcə kovorkinqlər deyil, dünyanın bütün ofis məkanları bazarının lider operatoru olmaq. Amma şirkətin planları bununla tamamlanmırdı. 2016-cı ildə o, kovorkinqlərin alt icarəsi üzrə WeLive layihəsini təqdim edir. Amma işlər bununla bitmir: 2017-ci ildə şirkət Nyu-Yorkda  Rise by We lüks idman zalını istifadəyə verir, bir il sonra isə Manhettendə 3 yaşından böyük uşaqlar üçün WeGrow özəl məktəbini açır. Amma bu startaplar genişmiqyaslı şöhrətə nail ola bilmirlər. Bu isə Adamı narahat etmir. 2019-cu ilin yanvarında o əsas biznesinin inkişaf istiqamətində dəyişiklik etməyi düşünür və şirkətin adını The We Company-yə dəyişir.

Münaqişələr, qalmaqallar

2019-cu ilin əvvəli WeWork 14 raundda 12,8 milyard dollar cəlb edir. Onun ilk səhmdarlarından biri Jared Kushner olur, ən böyük səhmdarı isə – Softbank maliyyə konqlomeratı. Softbank hələ 2016-cı ildə WeWork-ə 10 milyard dollar yatırmağa söz vermişdi, amma 3 il ərzində cəmi 7,5 milyard dollar yatıra bildi. 2019-cu ilin yanvarında isə Softbank növbəti dəfə və bu dəfə Neumann şirkəti üçün 47 milyard dollar IPO dəyərləndirməsini təmin edən  2 milyard dollar yatırım edir.

Amma gəlirlərin artan sürətlə inkişaf etməsinə baxmayaraq, şirkətin xərcləri də artır: 2016-cı ili 429 milyon dollar zərərlə başa vurur, 2017-ci ildə isə 890 milyon dollar itirir.

Neumann-ın biznesi sürətlə genişlənir: şirkət yeni şəhərdə özünə təzəcə yer etmişdi ki, daha 3 şəhərə də yayılmağa başlayır. WeWork-ün daimi pul axınına ehtiyacı vardı – buna görə də, Adam IPO-ya çıxmaq qərarına gəlir. Bunun üçün əlverişli şərait də yaranmışdı.

Sükanı olduğu kimi saxlamaq üçün şirkətə əlavə 9 milyard dollar lazım idi. Buna görə Softbank onun IPO-da 3 milyard dollar cəlb edəcəyi təqdirdə 6 milyard dollarlıq kreditə razı olur.

Uğurun qiyməti

2019-cu ilin 14 avqustunda ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Komissiyası The We Company-dən S-1 formasını alır.

İlk növbədə biznes-cəmiyyət Neumann biznesinin maddi vəziyyətini kəskin şəkildə məsxərəyə qoyur. Zərər və gəlir rəqəmləri ekspertləri, analitikləri çaşdırırdı : qazandığı hər bir dolların qarşılığında ikisini xərcləyən şirkət ümumiyyətlə necə ən azından özünə təminat almağı planlaşdırır?   

Şirkətin biznes-modelinin özü belə çoxlu suallar doğururdu. Səhmdarlar və analitiklərə bütün dünya üzrə bahalı binaları icarəyə götürmək və onları kiçik biznesə və fərdi şəxslərə aylıq vermək planı ağlabatan gəlmirdi.

Bundan başqa, KİV və analitikləri bir sual da maraqlandırırdı : şirkətdə ümumiyyətlə yeni və texnoloji olan nə var ki, ancaq meydanları icarəyə götürür və onları alt icarəyə verir?  Burada bu işlə məşğul olan digər analoq startaplar yada düşür. Belə ki, onlar da bu modellə işləyib kifayət qədər uğur qazansalar da nədənsə on milyardlarla dollara dəyərləndirilmirlər. 

Neumann yüz milyonlarla dollar kredit götürür və onları onu cəlb edən startaplara yatırır. O, öz şirkətinə icarəyə verdiyi bir sıra daşınmaz əmlak obyektlərinin sahibi olur. Adam öz şirkətinə 5,9 milyon dollara satdığı We ticarət nişanına hüquq əldə edir.

Bütün bunlarla yanaşı Neumann WeWork üzərində tam nəzarəti qoruyub saxlayır. Şirkətdə bir çox rəhbər mövqeyi Adam-ın qohumları tutur və vəfat edəcəyi halda isə CEO vəzifəsini onun həyat yoldaşı icra edəcək.

IPO-nu təxirə salmaq, qurucunu – qovmaq

Qalmaqallı faktların KİV-ə sızmasından sonra şirkət IPO-nu oktyabra qədər təxirə salmalı olur. Vəziyyəti dəyişmək və yenidən səhmdarların marağını oyatmaq üçün  Neumann onların We ticarət nişanına görə əldə etdikləri 5,9 milyon dolları şirkətə qaytarır. Ölümündən sonra onun vəzifəsini həyat yoldaşının icra etməsi hüququnu da ləğv edir. Direktorlar şurasına qadın təyin edilir, qurucunun şirkət üzərində nəzarətinə isə məhdudiyyət qoyulur, ona məxsus səslərin sayı iki dəfə azaldılır.

15 sentyabrda nəhayət məlum olur ki, WeWork- ün IPO dəyərləndirilməsi  10-12 milyard dollara kimi enib: artıq şirkət bütün fəaliyyəti boyunca cəlb etdiyi səhmlərdən də daha az dəyərləndirilmişdi.

17 sentyabrda, şirkətdə uzun sürən mübahisələrdən sonra IPO-nun ilin sonuna kimi təxirə salınması xəbəri verilir. Bundan sonra şirkətin problemləri artır. KİV-də şirkətin qurucusu barədə birmənalı olmayan xəbərlər yayılmağa başlayır : deyilənə görə o, tekila və marixuna aludəçisidir, ofisdə çılpaq gəzir və əməkdaşlara ət yeməyi qadağan edir. KİV-ə görə bütün bunlar Adam-dan yaxa qurtarmaq üçün bir vasitə idi. İstənilən halda , bu tədbir tutarlı olur və 24 sentyabrda Adam-ı CEO vəzifəsindən çıxarırlar. Onun vəzifəsini isə müvəqqəti olaraq əsas maliyyəçi Arti Minson və vitse-prezident Sebastian Gunningham icra etməyə başlayır.

Yeni rəhbərliyin ilk işi Neumann-ın sayı 20-dən çox olan qohum və dostlarını işdən çıxarmaq olur. Sentyabrın 30-da isə əvvəl təxirə salınmış IPO tamam ləğv edilir – WeWork NASDAQ birjasında səhmlərini yerləşdirməklə bağlı müraciətini geri götürür. Yeni rəhbərlərsə əsas fəaliyyətə diqqətlərini yönəltmək qərarına gəldiklərini bildiriblər.

Bir sıra analitiklər WeWork-ün tezliklə iflasa uğrayacağını proqnoz verirlər. Bundan qaçmaq üçün  rəhbərlik səhmdarlarla kreditlər və əlavə kapitalın cəlb edilməsi üzrə danışıqlar aparır, xərcləri təhlil edir, dəyişən tempi dayandırmağı və bir neçə min əməkdaşı ixtisara salmağı planlaşdırır.

Oktyabrda Softbank-ın WeWork-lə bsağlı yeni planları üzə çıxır: o, şirkətə daha 1 milyard dollar yatırım etmək imkanını nəzərdən keçirir. Amma onun bu səhmlərinin ziyana getməməsi üçün  şirkətin qiyməti 24 milyard dollardan az olmamalıdır.