Əsas səhifə Startup WeWork co-workinglər şəbəkəsi SoftBank’dan 3 milyard dollar investisiya aldı

WeWork co-workinglər şəbəkəsi SoftBank’dan 3 milyard dollar investisiya aldı

521
Paylaş

SoftBank holdinqi WeWork co-workinglər şəbəkəsinə konversiya olunan borc şəklində 3 milyard dollar investisiya yatırmağa razı olub. Qeyd etmək lazımdır ki, konversiya olunan borc şəklində edilmiş investisiya halında investor şirkətin ona gələcəkdə hələ qiyməti bilinməyən səhmlərin verilməsi öhdəliyini əldə edir. Beləliklə SoftBank-ın yeni investisiyası qarşılığında o, WeWork-un bu ilin Sentyabr ayında biri 110$ qiymətində satılmış səhmlərini əldə edəcək.

WeWork-un IPO keçirdəcəyi və digər investorlardan əlavə 1 milyard dollar investisiya alacağı halında səhmlərin qiymətləri qalxacaq. Beləliklə SoftBank ilə razılaşma şərtlərindən asılı olmayaraq WeWork-un bazar dəyəri 42 milyard dollar təşkil edə bilər. Qeyd etmək lazımdır ki, Yaponiyanın SoftBank holdinqi WeWork-un ən böyük investorudur. Hələ bu ilin Avqust ayında startap ondan 1 milyard dollar investisiya əldə etmişdi. Həmin vaxtda WeWork-un bazar dəyəri 20 milyard dollar dəyərində qiymətləndirilmişdi.