Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “WeWork” birgə fəaliyyət şəbəkəsi IPO-ya çıxıb

“WeWork” birgə fəaliyyət şəbəkəsi IPO-ya çıxıb

85
Paylaş

“WeWork”-ün biznesi yararsızdır, lakin sürətlə inkişaf edir.

Şirkət hələ 2018-ci ilin dekabrında birjaya çıxması üçün sənədlərini vermişdi. Gələcək IPO-nun təfərrüatları hələ ki məlum deyil.

2019-cu ilin yanvarında “WeWork” 47 milyard dollar qiymətləndirilib. 2010-cu ildə yaradılamasından bəri şirkət 8,4 milyard investisiya cəlb edib.

2018-ci ildə şirkətin gəlirləri 1,8 milyard dollar kimi qalxıb, xalis zərər isə 1,9 milyard dollar olub. 2018-ci ilin sentyabrında “РБК” “WeWork”-ün Rusiya bazarına çıxması planı barədə yazıb. Hal-hazırda şirkətin saytında “yalnız anons edilmiş” yazısı ilə Moskvada üç ofis mərkəzinin olması qeyd edilib.

2019-cu ildə birjada “Lyft” taksi xidməti və “Pinterest” foto xidməti  ticarətə başlayıb, “Uber”, “Slack” və başqaları IPO-ya çıxıblar.