Berkshire Hathaway investisiya şirkətinin qurucusu, hələ də ən böyük səhmdarı və CEO-su olan Warren Buffett 20-ci əsrin ən uğurlu sərmayəçilərindən biri kimi tanınır.
80 milyard dollardan çox sərvətiylə dünyanın ən zəngin 3-сü insanı ünvanına sahib olan Buffettin investisiya mövzusunda söylədiyi qızıl dəyərində tövsiyələri sizlər üçün yığdıq.
Buffeti milyarder edən strategiyalar:
1. Çox aktiv davrandığımız üçün deyil işin sonunda haqlı çıxdığımız üçün pul qazanırıq. Qazanc üçün nə qədər gözləməyə gəldikdə isə müddətsiz şəkildə gözləyə bilərik.
2. Yaxşı şirkətin səhmlərini baha qiymətə almaq adi şirkətin səhmlərini çox ucuz qiymətə almaqdan daha yaxşıdır.
3. Bizim yatırımlarımız qiymət dəyişimindən qazanır. Bir saqqız şirkətinə investisiya etdiyimizdə bu şirkətin internetdəki inkişaflardan təsirlənmədiyini bilirik.
4. Pay alacağam zaman bir axmağın belə idarə edə biləcəyi qədər mükəmməl şirkətlərdən almağa çalışaram, çünki sonda axmağın biri o şirkətin başına keçəcək.
5. Səhm bazarına lazımsız vaxtda girməyə ehtiyac yoxdur. Lazım olan vaxtda səhmləri almağa üstünlük verin.
6. Qiymət ödədiyiniz məbləğdir, dəyər isə onun qarşılığında nə aldığınız. Səhm ya da corab olmağı fərq etməz, qiyməti düşdüyü zaman keyfiyyətli məhsullar satın almağa çalışıram.
7. Hər zaman yaxşı bir qiymətdə satmağa çalışmayın. Alış qiyməti o qədər yaxşı olsun ki, orta bir satış qiyməti belə yaxşı mənfəət gətirsin.
8. İnvestisiya etdiyiniz sektoru həqiqətən yaxşı tanısanız, yatırımınız bir o qədər təhlükəsiz olar.
9. Bazarda uzaqgörənlik edənlərin falçıdan fərqi yoxdur. Məncə qısa dövr bazar proqnozları zəhərlidir. Bu proqnozlar uşaqların və bazarda uşaq kimi davranan böyüklərin çata bilməyəcəyi yerlərdə saxlanmalıdır.
10. Başqaları ac göz olduğunda qorx və geridə dur, başqaları qorxduğunda aç gözlü ol!