Əsas səhifə Biznes Warren Buffett sizin yaşınızda nə qədər qazanırdı?

Warren Buffett sizin yaşınızda nə qədər qazanırdı?

1441
Paylaş

Hər gün artan sərvətiylə Warren Buffett dünyanın ən zəngin sərmayəçilərindən biri kimi tanınır. Ancaq Omaha kahini ləqəbi verilən Buffett hər zaman indiki kimi varlı olmayıb. Hətta Business Insidera görə sərvətinin 99 faizini 50 yaşından sonra qazanıb.

O zənginlik üçün erkən yaşda yola çıxıb və uzun müddətdən sonra istəyinə çatıb.

Warren Buffetin 1930-cu ildə Böyük böhran zamanı doğulmuşdu və uşaqlığında parlaq bir iş zəkasına sahib olduğunu göstərmişdi. Cəmi 11 yaşında səhm almağa başlamışdı artıq. Ədədi 38 dollardan bir neçə Cities Service Preferred səhmləri idi. Yetkinlik yaşına qədər pul qazanmaq üçün qəzet paylayıb və müxtəlif işlərdə işləyib. Məktəbdən məzun olduqda isə onun artıq 40 hektarlıq ərazisi var idi. Dediyinə görə Buffett gənc illərində 30 yaşına qədər milyoner olacağını iddia edirmiş və əgər əksi baş versəymiş özünü yüksək binadan atarmış. Gəlin Warrenn Buffetin sizin yaşınızda nə qədər varlı olduğuna baxaq.

Warren Buffett 20 yaşlarında

Universitetdən məzun olduqdan sonra Buffett atasının komissiya şirkətində birja brokeri kimi çalışdı. Buffet 21 yaşına çatanda sərvəti az qala 20,000 dolları ötmüşdü. 24 yaşında Buffettə müəllimi Benjamin Graham tərəfindən illik maaşı 12.000 dollar olan bir iş təklif edilmişdi. Bu Buffetin pulla pul qazanmağı çoxdan öyrəndiyinin və zənginlik yolunda əmin addımlarla irəlilədiyinin ən dəqiq dəlili idi. Buffett 26 yaşına çatanda sərvəti 140.000 dollara çatmışdı.

Warren Buffett 30 yaşlarında

Buffett ilk milyon dollarını 30 yaşına çatandaq qazandı. 1960-cı illərdə Amerikadakı orta gəlirli bir ailənin illik qazancı 5.600 dollar idi. Dividendə görə 35 yaşında Buffetin səhmlərinin dəyəri 26 milyon dollara yüksəlmişdi. CNNə görə Buffett 1965-ci ildə Berkshire Hathawayin hissələrinin əksəriyyətini almışdı və 1968-ci ildə səhmlərinin dəyəri 104 milyon dollara yüksəlmişdi. 39 yaşında isə Buffetin sərvəti 25 milyon dolları ötmüşdü.

Warren Buffett 40 yaşlarında

43 yaşına çatanda onun sərvəti artıq 30 milyon dolları ötmüşdü. Amma 1970-ci illərin ortaları Buffett üçün çətin bir dövr idi. 1974-cü ildə 44 yaşında düşən səhm qiymətləri Buffetin sərvətini 19 milyon dollara qədər salmışdı. Amma heç bir şey onun investisiya bacarıqlarını dayandırmağa çatmamışdı. Buffett sərvətini öncə toplamağı bacarmışdı. 1970-ci illərin sonunda 47 yaşında sərvətini 67 milyon dollara qədər qaldırmışdı. Bu dövrdə ABŞ-da orta illik gəlir isə 16.530 dollar idi.

Warren Buffett 50 yaşlarında

Artıq bir milyarder Dividendə görə Buffetin sərvəti 1982-ci ildə 376 milyon dollar idi və 1983-cü ildə 620 milyon dollara yüksəldi. 1986-ci ildə 56 yaşındakı Buffett milyarder oldu. Bütün bunların yanında Berkshire Hathawayın 50.000 dollar da maaşı idi. O sırada normal bir Amerikan ailəsi isə Omahanın Kahininin qazandığının az qala yarısını qazanırdı. 1986-cı ildə orta xana gəliri 24.900 dollar idi. 60 yaşına doğru Buffetin sərvəti 3.8 milyard dolları tapmışdı.

Warren Buffett 60 yaşlarında

Buffett 1990-cı ildə Berkshire Hathaway səhmdarlarına yazdığı bir məktubda şirkətin gəlirinin irəliləyən illərdə eniş yaşayacağını söyləmişdi və 1990-cı ilin ikinci yarısında haqlı olduğu ortaya çıxmışdı. Amma dövrün sonuna doğru şirkətin dəyəri 362 milyon dollara qədər çıxdı. 60 yaşlarına çatanda Buffetin sərvəti də artmışdı və 66 yaşında sərvəti 16.5 milyard dollar idi. 1990-cı illərdə orta bir Amerikan ailəsinin sərvəti Buffetin sərvətiylə müqayisə olunmaz dərəcədə idi artıq.

Warren Buffett 70 yaşlarında

66 yaşından 72 yaşına qədər Buffetin sərvəti 2 mislindən daha yüksək bir rəqəmə çatmışdı. 72 yaşında sərvəti 35.7 milyard dollara qədər yüksəlmişdi. Amma Buffett sərvətini müntəzəm şəkildə xeyriyyə cəmiyyətlərinə bağışladığı üçün bu rəqəm bəzən azalırdı.

Warren Buffett 80 yaşlarında

2015-ci ildə Buffettin 67 miyard dolarllıq sərvəti onu Bill GatesCarlos Slim Heludan sonra dünyanın ən varlı insanlarından biri etdi. Amma 84 yaşındakı Buffett dayanmaq bilmir və milyardlarla sərvətinə baxmayaraq Berkshire Hathawaydan aldığı illik 100.000 dolar olan maaşını xərcləməyə davam edir.