Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Warren Buffett “Occidental Petrolium” şirkətinin “Anadarko” şirkətini almaq uğrunda mübarizədə dəstəklədi

Warren Buffett “Occidental Petrolium” şirkətinin “Anadarko” şirkətini almaq uğrunda mübarizədə dəstəklədi

156
Paylaş

Milyarder Warren Buffett tərəfindən idarə olunan “Berkshire Hathaway” korporasiyası, “Occidental Petrolium” şirkətinə 10 milyard dollar ayıracaq. Ayrılan vəsait “Anadarko” şirkətinin satin alınması üçün nəzərdə tutulur.

Bu haqda çərşənbə axşamı günü, 30 aprel tarixində “Berkshire Hathaway” korporasiyasının nümayəndələri məlumat veriblər. 10 milyard dollarlıq sərmayə qarşılısında korporasiya “Occidental” şirkətinin100 min imtiyazlı səhmini alacaq. Qeyd etmək lazımdır ki, səhm paketinin gəlirliliyi 8%, dəyəri isə bir səhmə görə 100 dollar təşkil edir. Eyni zamanda şirkət 62,50 dollar qiymətinə 80 milyon adi səhm alacaq.

Müqavilənin əsas şərti, “Anadarko” şirkətinin “Occidental” şirkəti tərəfindən satın alınmasıdır.

Xatırladaq ki, 24 aprel tarixində “Occidental” öz rəqibinə bir səhmə görə 76 dollar təklif etmişdir. Ümumi olaraq bu müqavilənin dəyəri 57 milyard dollar kimi qiymətləndirilir.

29 aprel tarixində “Anadarko” məsələ ilə bağlı danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

“Occidental Petrolium” şirkəti bu təklifini, “Chevron” un 12 aprel 2019-cu ildə “Anadarko” nu satın almaq niyyətində olduğuna dair açıqlama verməsindən sonra irəli sürülüb.

“Chevron” daha əlverişsiz şərtlər təklif edərək, bir səhmə görə 65 dollar ödəməyə hazır olduğunu söyləyib. Bu təklifin ümumi dəyəri 50 milyard dollar təşkil edir.