Əsas səhifə Biznes Biznes məqalələri Warren Buffett milyardlarını necə xərcləyir-Fotolar

Warren Buffett milyardlarını necə xərcləyir-Fotolar

129
Warren Buffett
Warren Buffett

Forbes xəbər verir ki, keçən il Warren Buffett-in sərvəti daha 10 milyard dollar artıb. 11 yaşından pul qazanmağa başlayan “Oracle of Omaha” ləqəbli Buffett-dən elə bunu gözləmək olar.

Bugün onun artıq 88 yaşı var, kapitalı isə 88,3 milyard dollar-dan çoxdur. Həyat tərzini nəzərə alsaq bunu ehtimal etmək sadəcə mümkünsüzdür.

Warren Buffett
Warren Buffett

Buffett hələ də 50-ci illərdə alınmş bir evdə yaşayır, sadə maşında gəzir, dollarlarını isə xərcləməyə deyil toplamağa çalışır. Amma o, ianəyə çoxlu ayırır və dünyanın ən mərhəmətli  milyarderlərindən biri hesab olunur. 2000-ci ildən bəri o, 46 milyard dollardan çox ianə edib. 

Warren Buffett
Warren Buffett

Beləliklə də demək olar ki, Buffett özünə həqiqətən də az pul xərcləyir. Gəlin onun həyatına qısaca nəzər salaq:

Sərvəti 88,3 milyard dollardır və Jeff Bezos və Bill Gates-dən sonra dünyanın üçüncü ən zəngin adamıdır. Hələ 11 yaşında olanda səhmdar kimi karyera qurur və fond bazarına qoşulur. Bugün Berkshire Hathaway holdinqini idarə edir. Amma pullarını necə xərclədiyini bilsəniz söhbətin bir milyarderdən getdiyini heç vaxt ehtimal edə bilməzsiniz.

Warren Buffett
Warren Buffett

Buffett bir dəfə CNBC və Yahoo! Finance-a verdiyi müsahibəsində deyib ki, heç vaxt çoxlu sərvətə, evlərə və maşınlara sahib olmaq istəməyib.

Warren Buffett
Warren Buffett

Buffett Omahada, Nebrask ştatında, 1958-ci ildə 31,5 min dollar aldığı sadə bir evdə yaşayır. İndi onun dəyəri 652 619 dollardır. 1971-ci ildə o,  150 min dollara Kaliforniyanın Laguna-Beach şəhərində, dəniz qırağında bir bağ evi alır – indi o, 7,9 milyon dollar satılır.

Milyarderin avtoparkı da yığcamdır – əvvəllər o, 2006-cı ilin Cadillac DTS avtomobilində gəzirdi, 2014-cü ildə isə onu, qiyməti 44 600 dollar olan Cadillac XTS-ə dəyişdi. 

Buffett-in telefonu da ucuzdur – hələ də smartfon işlətmir, sadə “qapaqlı” telefonu var.

 Dünyaca ən tanınmış bu səhmdar məhşur dizaynerlərdən kostyumlar sifariş etməyi sevmir – onun çin markası Madame Li-dən təxminən 20 sayda kostyumu var.

Warren Buffett
Warren Buffett

Saç kəsiminə cəmi 18 dollar verir.

Hər səhər McDonald’s-da səhər yeməyi yeyir və buna da 3,17 dollardan çox pul xərcləmir. Bundan başqa o, dostu Bill Gates-i də özü ilə McDonald’s-a aparmağı xoşlayır – əvvəllər o, orada hətta endirim kuponu ilə ödəniş edə bilirdi. Buffett Coca-Cola-nı çox sevir. Dediyinə görə, gün ərzində adətən, 5 butulka ondan içir.

Digər iri şirkət rəhbərləri ilə müqayisədə Buffett hobbisinə də çox az pul xərcləyir – o, həftədə 12 saat “bridge” (kart oyunu) oynayır. Bundan başqa, o, qolf oynamağı da xoşlayır, amma çox bahalı klublara qoşulmur. O, bir dəfə demişdir: “Mən istənilən kluba qatıla bilərəm, amma mənim üçün birgə oynadığın insanlar hər hansısa gözəl sahədən(stadion) daha vacibdir”.

Warren Buffett
Warren Buffett

Buffett kitablar da oxuyur və özünün sözlərinə görə, onlar kreslosunun yanında üst-üstə toplanıblar. Asudə vaxtının 80%-ni mütaliə etməklə keçirir.

Bir dəfə Buffett ictimai çıxışlar üzrə Dale Carnegie kursuna 100 dollar xərcləyir – dediyinə görə, bu, ona gələcək həyat yoldaşına evlilik təklifi etməyə kömək olub.

Warren Buffett
Warren Buffett

Buffett-in yeganə dəbdəbəli sərvəti şəxsi təyyarəsidir. Amma şəxsi təyyarələr göydən enmirlər – Buffett onu uzun illərin uğurlu səhmləri bahasına əldə edib. Pul qazanmaq üçün də pul lazımdır və Buffett-in kapitalının 99%-nin Berkshire Hathaway olmasına baxmayaraq, 1%-i də yatırım edir.

Bir vaxtlar o, Wells Fargo bankının səhmlərini alır, amma onun şirkətdəki payının dəqiq miqdarı bilinmir. O, həmçinin Seritage Growth Properties-in səhmlərinin 8%-ni 73 milyon dollara alır.

Bundan başqa, o, JPMorgan bankının naməlum sayda səhmlərinin sahibidir.

Amma onun bütün səhmləri uğurlu olmayıb. 1951-ci ildə dostu ilə birklikdə Sinclair şəbəkəsinin yanacaqdoldurma məntəqəsini alır, amma Texaco yanacaqdoldurma məntəqəsi daha məhşur olur və gələcək milyarder ehtiyat 9,6 min dollardan 2 min dollarını itirir.

Buffett milyardlarının böyük bir hissəsini ianəyə xərcləyir. O, dünyanın ən mərhəmətli filantroplarından biri sayılır – 2000-ci ildən bəri o,46 milyard dollardan çox ianə edib.

2010-cu ildə Bill və Melinda Gates-lərlə birlikdə “Hədiyyə andı” xeyriyyə təşəbbüsünü yaradır. Bu layihə çərçivəsində planetin ən zəngin insanlarına sərvətlərinin böyük bir hissəsini ianə fondlarına ayırmaq təklif olunur. 2016-cı ildə Buffett müxtəlif xeyriyyə təşkilatlarına, həmçinin Bill və Melinda Gates-lərin və mərhum həyat yoldaşının şərəfinə adlandırılmış Susan Thompson Buffett Fonduna 2,9 milyard dollar ianə edir. Susan Thompson Buffett fondundan o, Amerikanın ailələrin plana salınması Federasiyasına on milyonlarla ianə edir. 2018-ci ildə Bill və Melinda Gates Fonduna bundanlardan da çox – Berkshire Hathaway səhmlərindən 2,6 milyard dollar ianə edir.

Həmin vaxt Buffett şirkətinin səhmlərindən təxminən 800 milyon dollar Susan Thompson Buffett Fonduna, Sherwood Fonduna, Howard G. Buffett Fonduna və No Vo Fonduna ianə edir.

Warren Buffett
Warren Buffett

Uşaqlara Buffett ancaq 2 milyard dollar saxlamağı planlaşdırır – qalan sərvəti xeyriyyə işlərinə xərcləyəcək. Bir dəfə Buffett deyir ki, onlara elə məbləğdə pul saxlamaq istəyir ki, onunla nəsə edə bilsinlər.

CNBC telekanalına müsahibəsində o bildirib ki, pulla  özünə vacib bir şeyi – azadlığı alır. “Mən çox xoşbəxt bir həyat yaşamışam və mənim əgər altı və ya səkkiz evim olsaydı, bu yaxşı deyil pis olardı. Mənim lazım olan hər şeyim var, artığını isə istəmirəm, müəyyən bir andan sonra bunun bir mənası olmur”.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here