Warren Buffett: “Çox işləyənlər sadə işləri belə çətinləşdirməyə meyllidirlər”

Date:

Paylaş:

Warren Buffett uğurlu insanın adi işqolik (çox işləyən) adamdan nə ilə fərqləndiyi ilə bağlı fikirlərini bölüşüb.

Kimi effektiv menecer adlandırmaq olar? Minimum səy göstərməklə maksimum nəticə edə biləni. Bu sadə həqiqəti heç də hamı başa düşmür.

Hədsiz mürəkkəb sxemlər və strategiyalar prosesi ancaq çətinləşdirə bilər. İşqolikərə xas cəhət budur ki, onlar çox vaxt sadə işləri belə çətinə salırlar və özlərini faydasız çoxsaylı tapşırıqlarla yükləyirlər. Bunun yerinə isə sadə variant tapıb ona əməl etmək lazımdır.

Bütün artıq işlər əlinizdən resursunuzu alacaq. Mürəkkəb sxemi yoxlamağı çox-çox istəsəniz belə, düşünün – daha sadə yolla eyni nəticələrə nail ola bilərsinizmi?

“İşi mürəkkəb sxem üzrə icra etməklə heç bir əlavə bal qazanmırsınız. Hədəfə çatmaq üçün standart vasitələrdən də istifadə edə bilərsiniz, yəni bunun üçün çətin maneələri aşmağa can atmağa ehtiyac yoxdur” – milyarder müsahibələrindən birində deyib.

Səhmdar həm də qeyd edib ki, uğur qazanmaq üçün potensial hiss etdiyiniz sahədə çalışmalısınız: “Bazar, ənənələr kimi xarici qüvvələrin uğur gətirə biləcəyi sahələrdə işləməyin faydası var”

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...