Əsas səhifə Biznes Biznes məqalələri Warren Buffett: bu 1 sadə bacarıq sizi digər bütün insanlardan fərqləndirəcək

Warren Buffett: bu 1 sadə bacarıq sizi digər bütün insanlardan fərqləndirəcək

758
milyarder

22 yaşlı gənc bir sahibkar Omahanın Kahini ləqəbli multimilyarder Uorren Bafetdən (Warren Buffett) gənc nəslin nümayəndələri ilə bölüşəcəyi bir məsləhət istəyib. Məlum olub ki, onun verdyiyi məsləhət əslində istənilən nəslin nümayəndələrinə aiddir.

Bu ayın əvvəlləri Torontoda yerləşən Voiceflow adlı startapın həmtəsisçisi, 22 yaşlı Maykl Hud smartfonunu çıxarıb maşının arxa oturcağında onun yanında oturan Uorren Bafeti videoya çəkməyə başlayıb və milyarderə bu sualı verib:

Beləliklə siz yaşları 21, 22 olan, universiteti yenicə bitirmiş gənclərlə danışırsınız. Siz onlara hansı bir məsləhəti verərdiniz?

Omahanın Kahini tərəddüd etmədən cavab verib:

“Özünüzə investisiya edin. İndiki dəyərinizi 50% artırmağın bir asan yolu ünsiyyət bacarığınızı təkmilləşdirməkdir – həm yazılı, həm də şifahi. Əgər siz ünsiyyət qura bilmirsinizsə, bu qaranlıqda bir qıza göz vurmaq kimidir – heç bir şey baş vermir. Siz bütün beyin güclərinə sahib ola bilərsiniz, amma əsas məsələ onları ötürə bilməkdir. Və bu ötürmə ünsiyyətdir.

Birdən elə bilərsiniz ki, Maykl Hud LinkedIn platformasında yerləşdirdiyi və sonradan viral (çox populyar) olan bu 45 saniyəlik videonu çəkmək üçün Uorren Bafeti oğurlayıb – xeyr, o, startap inkubatoru olan Next 36 tərəfindən Bafeti bir günlük, tədbirə gedərkən müşayiət etmək üçün seçilmişdi və Maykl fürsəti belə dəyərləndirdi.

Bu qızıl məsləhətlə bağlı Bafetin xüsusi xatirələri var. Milyarder ictimaiyyət qarşısında etiraf edib ki, orta və ali məktəbdə oxuduğu vaxtlarda o, “auditoriya qarşısında çıxış etməkdən dəhşətli çəkinirdi”. Hətta o dərəcədə ki qorxudan ürəyi bulanırmış.

Bafet deyir ki, Deyl Karneqi dərnəyində auditoriya qarşısında çıxış etmək kursları keçdikdən sonra onun həyatı dəyişib. Bu günədək o, ofisinin divarında, aldığı kollec və ali məktəb diplomlarını deyil, məhz 1952-ci ildə Deyl Karneqidən əldə etdiyi ünsiyyət diplomunu asıb.

Sizə uğur qazanmağı təmin edəcək “biletiniz” yazılı ünsiyyət bacarığı ola bilər.

Qeyd edək ki, Bafet həm yazılı, həm də şifahi ünsiyyət bacarığınızı inkişaf etdirməyi məsləhət görür. Amma yenə də yaxşı yazmaq qabiliyyətinizi artırmaq barədə daha çox fikirləşin, çünki bu qabiliyyət uğurunuzun sirri ola bilər.

Məşhur Enterpreneur (Sahibkar) jurnalındakı bir məqalədə deyilir ki, Yazmaq üzrə Milli Komissiya sorğu keçirdiyi şirkətlər işçilərinin yazmaq sahəsindəki çatışmazlıqlarını aradan qaldırmaq üçün onları pullu “yazmaq qabiliyyəti” təlimlərinə göndərməyə məcbur olduqlarını qeyd ediblər. Bu, şirkətlərin effektiv yazılı ünsiyyətə olduqca böyük ehtiyac olduğundan xəbər verir.

Komissiya həmçinin qeyd edib ki, maliyyə, sığorta, tərpənməz əmlak və xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin 80 faizi işəgötürmə prosesi zamanı namizədlərin yazmaq qabiliyyətini yoxlayır. Komissiyanın sədri belə deyib: “Yazmaq yüksək bacarıq tələb edən, yüksək maaşlı peşəkar işin göstəricisidir. Namizədlərin yazılarında özlərini aydın ifadə edə bilməmələri onların peşəkar, yaxşı maaşlı iş əldə etmək imkanlarını məhdudlaşdırır.”

1 rəy

  1. 151731 283302of course like your web-site nevertheless you need to have to check the spelling on quite some of your posts. Quite a few them are rife with spelling issues and I to locate it very bothersome to inform the reality nonetheless Ill surely come back once more. 541708

Rəy bildir

Please enter your comment!
Please enter your name here