Əsas səhifə Biznes Warren Buffett “Bank of America”nın əsas səhmdarı olub

Warren Buffett “Bank of America”nın əsas səhmdarı olub

612
Paylaş
Warren Buffett
Warren Buffett

“Berkshire Hathaway” investisiya fondu ABŞ-ın ikinci ən böyük bankı olan “Bank of America” investisiya bankının 700 mln. səhmini alaraq ən böyük səhmdarı olub.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, fond media maqnatı və dünyanın ən zəngin ikinci adamı olan Uorren Baffetə məxsusdur.

Fondun səhmləri kifayət qədər böyük endirimlə 7,14 dollara aldığı bildirilir.

Belə ki, dünən fond birjalarında Bankın səhmlərinin ən son qiyməti 23,58 dollar olub. Bununla da “Berkshire Hathaway” fondunun “Bank of America”da payı 6,6%-ə yüksəlib.

Bununla yanaşı, Baffetin fondu ABŞ-ın üçüncü ən böyük bankı olan “Wells Fargo”nun 10% səhmdarıdır.