Dünyanın 3-cü ən varlı insanı Warren Buffett etdiyi sərmayələrlə hər zaman nümunə olub. 63.3 milyard dollarlıq sərvətini müvəffəqiyyətli sərmayələri ilə əldə edən Buffett demək olar ki bütün sərmayələrində uğurlu olub. Gəlin Omaha kahini Buffetin hansı şirkətlərə sərmayə etdiyinə və o şirkətlərdən nə qədər qazandığına nəzər salaq.
Berkshire Hathaway investisiyası
Warren Buffett 1965-ci ildə Berkshire Hathaway şirkətini hər səhminin qiyməti 12 dollara olmaqla satın aldı. Berkshire Hathaway şirkətinə 49 ildir investisiya edir. Şirkət satın alındığı dövrdə tekstil sektorunda fəaliyyət göstərirdi və New Bedford bölgəsinin ən çox məşğulluq təmin edən fabriki idi. Buffettdən sonra isə şirkət demək olar ki, satın alma maşınına çevrildi. Əvvəl sığorta şirkəti satın alan Berkshire Hathaway daha sonra mebel, şirniyyat, dondurma, alt paltar istehsal edən bir çox şirkəti də satın aldı.
Dünyanın ən çox bəyənilən şirkətləri arasında 3-cü sırada iştirak edən Berkshire Hathaway yaxşı idarəçilər seçərək onlara məsuliyyət verməsi və işlərinə heç qarışmaması ilə tanınır.
Wells Fargo investisiyası
1990-cı ildə Berkshire sərmayəçilərə bir məktub yazaraq ilk dəfə Wells Fargo bankının səhmlərinə 290 milyon dollar investisiya edəcəyini açıqladı. O dövrdə kredit böhranı səbəbiylə bank səhmləri çox aşağı düşmüşdü. İnvestisiya etdiyi zaman Wells Fargo’nun bazar dəyəri 2.9 milyard dollar idi. Bankın hazırda dəyəri 275 milyard dollardır.
Freddie Mac investisiyası
Freddie Mac sığorta şirkətidir. Warren Buffett bu şirkətin bazara çıxan 4 dollarlıq yeni səhmlərinə 108 milyon dollar sərmayə yatırıb. Aradan 10 il keçdikdən sonra hissələrin qiyməti 70 dollara qalxıb. İnvestisiyanın diqqət çəkən tərəfi isə Warren Buffetin səhmləri nə vaxt və neçəyə aldığı deyil nə zaman satdığı oldu.
2000-ci ildə Freddie Macın icraçı direktoru Leland Brendsel ilə Buffett yığıncaqlar etməyə başladı. Brendselin zəif şəkildə böyümə nisbətlərini, məntiqli olmayan bir şəkildə müdafiə etdiyini görən Buffett səhmlərin hamısını 1 il içində satdı. 2003-ci ildə isə Freddie Mac-ın balans hesabatı rəqəmlərini şişirtdiyi ortaya çıxdı və CEO işdən qovuldu. 2008-ci ildə isə Freddie Mac tamamilə batdı. Bu investisiya Warren Buffetin nə qədər uzaqgörən bir investor olduğu göstərdi.
PetroChina investisiyası
Warren Buffetin ən vacib prinsipi budur: “Tanıdığın, bildiyin şirkəti al.” Ötən il Berkshire Hathaway səhmdarlarına bir məktub yazan Buffett “Amerikanın ən yaxşı günləri qarşıdadır” dedi. Ancaq indiyə qədər etdiyi ən yaxşı investisiyalarından birini Çində etdi. 2002 və 2003-cü ildə Berkshire Hathaway Çinin ən böyük şirkəti olan PetroChinanın 1,3 faiz hissəsini 488 milyon dollara satın aldı. Bu investisiya 5 il ərzində Buffetə 3.7 milyard dollar qazandırdı.
BYD investisiyası
En yaxşı sərmayələrindən birini də uzun illər birlikdə çalışdığı Charlie Munger’in kəşfiylə etdi. Çində elektriklə işləyən avtomobil batareyası istehsal edən BYD şirkətinin CEO’su olan Wang Chuan-Fu ilə tanış oldu. Munger CEO’nu Buffett’ə belə tərif etmişdi: “Həyatımda belə bir insan görməmişəm. Problemləri Tomas Edisson kimi həll edir, şirkəti Jack Welch kimi idarə edir”
Buffett isə 2008-ci ildə BYD’nin 10 faiz hissəsini 230 milyon dollara satın aldı. Aradan 8 il keçdi və Buffett hissələri hələ də saxlayır. Dəyəri isə 1.8 milyard dollardır.