Əsas səhifə Biznes Warren Buffetdən iş həyatına dair tövsiyyələr

Warren Buffetdən iş həyatına dair tövsiyyələr

1027
Paylaş
Warren Buffett
Warren Buffett

Amerikalı milyarder Uorren Buffet (Warren Buffet), 75 ildə özünə bir imperiya qurmuş olsa da, gənclərə karyera tövsiyəsi belədir: Pul yönümlü olmayın.

Dünyanın ən varlı üçüncü insanı olan Uorren Buffet, banisi olduğu “Berkshire Hathaway”in illik toplantısında danışıb.

İclasa ortağı Çarli Munger (Charlie Munger) ilə qatılan Buffet, investorlar ilə bərabər, gənclərə də tövsiyələrini verib.

86 yaşlı peşəkar investor, həyata yeni atılan gənclərə “Pula ehtiyacınız olsa da, etmək istəyəcəyiniz iş nədirsə o işə yönəlin” deyib.

Buffet, “Həyatınızda sizi nə yaxşı hiss etdirdiini düşünməyiniz lazımdır. O istiqamətə yönəlməlisiniz” deyə danışıb.

“Etmək istədiyiniz bir şey varsa 93 yaşına qədər gözləməyin” deyən 93 yaşlı Munger isə sözlərinə belə davam edib:

“Həvəsində olduğunuz işlə insanların xeyrinə xidmət edəcək işin kəsişməsini tapmalısınız. Bu kəsişməni tapmayınca xoşbəxt ola bilməzsiniz”.

Buffet kimdir və necə zəngin olub?