Dünyanın ən böyük ikinci holding şirkəti Berkshire Hathaway’in İdarə heyəti Başçısı və İcraçı direktoru müsahibəsində 2017-ci ildə Appleın 120 milyon səhmini satın aldığını açıqlayıb.
133 milyon ədədə çatan səhmlərinin 17 milyard dollar dəyərində olduğunu söyləyib. Beləliklə Apple səhmləri Berkshire Hathaway’in sahib olduğu ikinci böyük aktiv oldu. Apple səhm qiymətləri illik 30 faiz dəyər itirən zaman Buffet 2016-cı ilin may ayında sürpriz yaşamışdı.
“Apple CEO-su Tim Cook möcüzə etdi” deyən məşhur sərmayəçi ABŞ-da prezident seçkilərindən bu günə qədər səhmlərə 20 milyard dollar xərclədiyini söyləyib.
Milyarder investor səhm qiymətlərində bir məntiq tapmağın çox çətin olduğunu söyləyərək “Qısa dövrdə səhm bazarlarında nə olacağını bilmirəm. ABŞ səhmləri hər an 20 faiz düşə bilər” deyib.
ABŞ-lı milyarder 86 milyard dollar nağd pula sahib olan Berkshire Hathaway’in hər zaman yeni səhmlər almağa hazır olduğunu vurğulayıb.