“WannaCry” virusu 1 milyard dollardan çox zərər vurub

Date:

Paylaş:

“WannaCry” virusundan istifadə etməklə həyata keçirilən genişmiqyaslı haker hücumları nəticəsində dəyən zərər 1 milyard dolları keçib.

Bu qiymətləndirməni ABŞ-ın kibertəhlükəsizlik üzrə “KnowBe4” şirkəti aparıb.

Ümumilikdə “WannaCry” dünyanın 150 ölkəsində 200 mindən 300 minə qədər kompüteri yoluxdurub. “Virusun 4 gün ərzində vurduğu zərər, bunun nəticəsində dünya üzrə iri təşkilatların işində yaranan fasilələr nəzərə alınarsa, 1 milyard dolları ötüb”, – deyə  “KnowBe4” şirkətinin rəhbəri Styu Syiverman bildirib. Zərərə işin dayanması, məhsuldarlığın azalması, məlumatların itirilməsi, reputasiya zərəri və digər faktorlar daxildir.

Xatırladaq ki, irimiqyaslı haker hücumları mayın 12-də başlayıb. Hakerlər

“WannaCry” virusu vasitəsilə kompüterlərə məlumatları blok edən banner quraşdırıblar. Banner məlumatların bərpası üçün 300-600 dollar tələb edib, əks halda faylları siləcəyi barədə xəbərdarlıq edib.

Lent.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...