“Walt Disney Company”nin rəhbəri Robert İqer bildirib ki, o, 2021-ci ildə vəzifəsindən istefaya gedəcək.
Bu barədə CNBC telekanalı məlumat yayıb.
“Güman edirəm ki, müqaviləmin müddəti 2021-ci ilin sonunda yekunlaşacaq… Əvvəl də bu barədə deməyə hazırlaşırdım ki, amma bu dəfə hər şey ciddidir. Mən 2005-ci ilin oktyabrından rəhbərəm. 2021-ci ildə vaxt çatacaq və nəhayət vəzifədən gedəcəyəm”, – deyə o bildirib.
Qeyd edilir ki, İqer şirkətlə müqavilənin müddətini iki dəfə uzadıb: əvvəlcə 2018-ci ildə, sonra isə 2021-ci ilə qədər.
İqerin sözlərinə görə, o, artıq şirkətə öz qərarı haqqında bildirib və indi orada mümkün varisi müzakirə edirlər.
“The Walt Disney Company”nin əsası 1923-cü ilin oktyabrında Uolter qardaşları tərəfindən qoyulub.