Facebook-un ardından ABŞ-ın pərakəndə nəhəngi Walmart da özünə aid bir kriptovalyuta çıxarmaq üçün patent müraciəti edib.
Walmart-ın müraciət sənədində təklif edilən virtual valyuta layihəsinə görə, istifadəçilər çox aşağı ödənişlə və ya ödənişsiz şəkildə yığım saxlama imkanına sahib olacaqlar. İstifadəçilər virtual pulu nağda da çevirə biləcəklər.