Əsas səhifə Biznes sahələri Texnologiya Wallmart ilə Google şirkəti yeni əməkdaşlığa başlayır

Wallmart ilə Google şirkəti yeni əməkdaşlığa başlayır

755
Paylaş
walmart

Walmart müştəriləri, Google Home cihazını istifadə edərək səsli əmrlər ilə sifariş verə biləcək.

walmart

Elektron ticarət nəhəngi Amazon.com ilə rəqabətini gücləndirmək istəyən Walmart, Google ilə əməkdaşlığa başlayır.

“Marja” CNBC-yə istinadən xəbər verir ki, Walmart-ın müştəriləri mağaza hesablarını Google-ın xidmətləri ilə əlaqələndirə biləcəklər. Beləliklə, müştərilər yüzlərlə məhsulu “Google Home” cihazlarını istifadə edərək səsli əmr ilə sifariş edə biləcəklər.

Yeni xidmətin sentyabr ayının sonundan etibarən işə düşüəcəyi gözlənilir. Wal-Martın e-ticarət departamentinin müdiri Marc Lore verdiyi açıqlamada “bu sadəcə başlanğıcdır”,- deyə bildirib.

“Google Home”, şəxsi bir asistandır. “Ok Google” dediyiniz anda sizi dinləməyə başlayır və istədiyiniz sualın cavabını ala bilərsiniz. “Google Home” daxili səsucaldanı sayəsində istədiyiniz musiqini anında aça bilər.  “Google Home” ağlınıza gələ biləcək hər cür suala cavab verə bilir.