“Wallmart” “ağıllı” mağaza açıb – o satıcıların işini optimallaşdırmaq üçün rəflərdəki məhsulların mövcudluğuna nəzarət edir

Date:

Paylaş:

“Wallmart”-da bildiriblər ki, alıcılar barədə məlumat almaq üçün kameralardan istifadə etmirlər.

Amerikanın riteyler şirkəti “Wallmart” Nyu-Yorkda süni intellekt dəstəkli və məlumatları yoxlama mərkəzli “ağıllı” mağaza açması barədə məlumat verib.

Mağzanın ərazisi 50 min kv. futdur ( təxminən 4,6 min kv. m.), ştatında isə 100 adam var. Aİ bazasında kameralar bütün mağaza boyunca tavanda quraşdırılıb. Onların köməyi ilə real vaxt rejimində olan sistem rəflərdəki məhsulların mövcudluğunu yoxlayır və təqdim olunan məhsulların bitməməsinə nəzarət edir.

Sistem satıcılara hansı bölməni və nə vaxt ehtiyatlarla doldurmaq lazım gəldiyini bildirir. Bunun üçün o malı rəfdə tapır, onu müəyyən edir və gözlənilən sorğu ilə sayının üst-üstə düşüb-düşməməsini müqayisə edir.

Mağazadakı kameralar və digər datçiklər saniyədə 1,6 Tb işləyirlər, bunun üçün böyük məlumatlar yoxlanışı mərkəzi lazımdır. Belə ki, o mağazanın elə içində yerləşir və gələnlər onu şüşədən görə bilirlər.

“Wallmart”-da bildiriblər ki,kameralar üzləri tanımırlar, alıcıların etnik mənşəyini müəyyən edə bilmir və onların mağazadakı yerini təyin etmirlər.

Müştərilərə yeni texnologiyadan bəhs etmək üçün “Wallmart”-da bir neçə məlumat mərkəzi quraşdırılıb. Bundan başqa, mağazada displeylər də vardır və onlar Aİ-nin predmetin ərazidəki yerini dəyərləndirir.

2018-ci ildə ilk “ağıllı” mağazanı “Amazon” açıb – riteylerin ticarət punktlarında kassa aparatı və satıcılar yoxdur. Mağazaya daxil olmaq üçün  “Amazon Go” tətbiqindən kod skan etmək lazımdır. Alış prosesinə kameralar nəzarət edir. Amazon mağazadan çıxdıqdan sonra hesab kartı məhsulların dəyərini qeyd edir. 2019-cu ilin aprelində “Amazon” bildirib ki, “Amazon Go” mağazalarında nağd ödəniş həyata keçirir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...