Mason Wartman “indiyə kimi sahib olduğum ən yaxşı iş” kimi adlandırdığı Wall Streetdəki karyerasını bitirəndə 25 yaşındaydı. Dilimini 1 dollardan satdığı pizza restoranını 2 il əvvəl açıb. Hər zaman öz işini qurmaq arzusuyla yaşayan Mason Rosas Fresh Pizza adlı restoranı açmaq qərarına gəlib.
Fərqli bir konsept yaradaraq işə başlayan Masonun yeni iş modeli qısa müddətdə uğurlu olmaqla yanaşı evsiz insanların da qarınlarını doyurur. Gündə qırxa yaxın evsiz insan bu restoranda pulsuz olaraq yemək yeyir.
Maraqlı ola bilər: Bankdan biznesə gedən yol – Bella Pizza
Restorana girən evsiz insan divardakı stickerlerdən biri ilə pizza ala bilir. Müştərilərin çoxu da özündən sonrakı insanlar üçün öncədən ödəniş edib pizza almağa başlayıblar.