3 iyul tarixində bütün dövrlərin ən xəsis qadının dünyasını dəyişməsinin 100 ili tamam oldu. Onun adı Henrietta Houlend Getti Grin və yaxud “Wall-Street ifritəsi” idi. O dünyasını dəyişdiyi zaman dünyanın ən varlı qadını hesab olunurdu. Lakin bununla belə onun xəsisliyi sərhəd tanımırdı. Getti “Dünyanın ən xəsis insanı” olaraq Ginnesin rekordlar kitabına daxil edilib.
O 21 noyabr 1834-cü ildə Massaçusets ştatı, Nyu-Bedford-da dünyaya gəlib. Kiçik yaşlarından onu babası Gideon Houlend tərbiyələndirib. Getti 6 yaşından etibarən maliyyə xəbərlərini oxumağa başlayır. Riyaziyyatda inanılmaz bacarıqlara sahib idi və 13 yaşında ailənin mühasibinə çevrilir.
Getti 31 yaşı olarkən atasının dünyasını dəyişməsindən sonra 7,5 milyard dollar miras əldə edir. O dərhal həmin pulları ABŞ-da Vətəndaş müharibəsi hərbi borc istiqrazlarına yatırır. Bir il sonra Getti özündən 12 yaş böyük olan milyonçu Edvard Grin-ə ərə gedir. Neda və Silviya adlı iki uşaq dünyaya gətirir.
Getti xəstəlik dərəcəsində öz sərvətini artırmağa çalışırdı. Həyatda onu bundan artıq heç nə maraqlandırmırdı. O kəskin zəkaya sahib idi və bu ona yüksək dərəcədə sərfəli yatırımlar etməyə imkan verirdi. Məsələn, Vətəndaş müharibəsindən sonra ABŞ banknot buraxdıqda investorlar bu məsələyə pul yatırmaqdan çəkinirdilər. Getti isə onların hamısını alır və bir il ərzində 1,25 milyon dollar qazanır. Əldə edilən gəliri isə dərhal dəmiryol istiqrazlarına yatırır.
Ər və həyat yoldaşın biznesləri bir-birindən ayrı idi. Henrinin işləri yaxşı getmir və 1885-ci ildə o özünün bankrot elan edi. Bu zaman Getti ona kömək etmir, əvəzində evdən qovur.
Gettinin sərvəti isə durmadan artırdı. Dünyanın ən varlı qadını heç vaxt evdə qızdırıcı sobadan və qaynar sudan istifadə etmirdi. O illərlə eyni qara paltarı qeyirdi. Alt paltarını isə tamamilə yararsız hala düşdükdən sonra dəyişərdi. Çox nadir hallarda ən ucuz restoranlarda nahar edərdi. Əsas olaraq isə 15 sent dəyəri ilə şirniyyat ilə doyardı. Özü dəbdəbəli daşınmaz əmlak nümunələrinə sahib olsa da, öz mənzili yox idi. Ömrü boyu ən ucuz motellərdə yaşayıb və bununla verginin diqqətini çəkməməyə çalışırdı. Satıcılar isə ona nifrət edirdi. Belə ki, o hər sentinə görə dava edirdi. O səhər qəzeti alaraq oxuyur, daha sonra isə qəzeti oğluna verərək satmağa göndərərdi.
Lakin ən dəhşətlisi odur ki, Getti-nin oğlu anasının xəsisliyi ucbatından ayağını itirir. 11 yaşında oğlan dağda xizək sürərkən yıxılır və ciddi şəkildə ayağını zədələyir. Getti kimsəsizlər üçün nəzərdə tutulmuş xəstəxanalarda pulsuz yardım əldə etməyə çalışır, lakin həkimlər onu tanıyır və etiraz edirdilər. Belə olduqda o oğlunu evdə xalq təbabəti ilə müalicə etməyə qərar verir. Ned uzun illər ağrıdan əziyyət çəkir və hər şey ayağının dizdən aşağı hissəsinin amputasiya olunması ilə başa çatır. O bu vəziyyəti ilə anasının Texasdakı işlərini idarə edirdi. Günə bir neçə dollar alırdı. Anasına növbəti 20 il ərzində evlənməyəcəyinə dair vəd vermişdi.
Getti qocaldıqca kimlərsə tərəfindən qaçırılmaqdan çox qorxurdu. Harasa qonaq getdikdə naharını özü ilə birgə aparardı. Revolver almışdı və onu daim özü ilə aparardı. Lakin o 81 yaşında qulluqçu ilə yağsız süd haqqında mübahisə edərkən ürək tutmasından düçyasını dəyişir.
Onun mirası isə qızı və oğluna nəsib olur. Anasından fərqli olaraq Silviya səxavətli xeyriyyəçi olur.
©banker