Wall Street 1929-cu ildə çökən zaman Amerikalı bankirlər nə etdilər?

Date:

Paylaş:

24 oktyabr 1929-cu ildə Qara Cümə axşamı olaraq adlandırılan gündə Amerika tarixinin ən böyük böhranı reallaşdı.
Wall Street Birjası çökdü. Nəticədə işsiz sayı 13 milyona yaxınlaşdı. Qutulardan və metaldan hazırlanmış daxmalarda 1.000-dən çox adam yaşayırdı. Çöküşün təsirləri 1932-ci ilə qədər sürdü və bu müddətdə sənaye istehsalı 45% düşərkən, 5.000-ə yaxın bank bazardan çəkildi.

Yaxşı bəs böhran necə meydana gəldi?

Müharibədən sonra radionun icad edilməsi və digər inkişafların təsiri ilə artan bolluq səbəbiylə birjayla bağlı çoxlu fərziyyə yaradıldı və milyonlarla insana səhm alınması üçün təşviqlər edildi. Orta sinifdən olanlar itirəcək çox şeyləri olmasına baxmayaraq, bu sənədlərə çoxlu sərmayə edirdidilər.

Səhm almaq üçün istifadə etdikləri pulu borc almaq üçün o səhm hissələrinin dəyərini təminat olaraq göstərdilər. Bunun nəticəsində ortaya iqtisadi bir boşluq çıxdı və Oktyabr 1929-cu ildə 14 milyard dollarlıq səhm itkisi yaşandı. Bu panikanın nəticəsində ortaya çıxan səhm satış əməliyyatlarının sürətinə New York Birjası çata bilmirdi.

John Loyd və John Mitchinson’un yazdığı The Second Book of General Ignorance adlı kitabda ifadə edilənə görə, bu iqtisadi təlaşdan sonrakı bir neçə saat içində jurnalistlər Wall Streetdə gəzib göydələnlərdən özünü atan investorlarla əlaqədar xəbərləri yaymağa çalışırdılar.

Hətta 11 ədəd investorun özlərini çoxdan öldürdüyünü və Wall Streetin damında işləyən bir adamın səhvən özünü atmaq üzrə olan bir maliyyəçi zənn edilməsi kimi xəbərlərin bir dedi-qodudan ibarət olduğu New York Times tərəfindən ifadə edildi.

1920-ci ildən sonrakı on il içində New Yorkda yüksək bir yerdən özünü ataraq intihar etmək məşhur bir adət halına gəldi. Bu dövrdə New York Times-a yüzlərlə intihar təşəbbüsü ilə bağlı məlumat verildi. Ancaq bunlardan yalnız dördü böhranla əlaqədar idi və yalnız ikisi Wall Street-də reallaşmışdı. Bunlardan biri istiqrazlar üzrə menecerlik edən Borowski və digəri isə meyvə-tərəvəz toptan satışı ilə məşğul olan Cutlerdi.

İqtisadi durğunluqlar ümumiyyətlə insanları intihara sürükləyir. Amerika və İngiltərədə 1929’dakı çöküşdən sonra intihar nisbətlərində yüksək artımlar görülmüşdü. Oxşar vəziyyət yaxın müddətdə iqtisadi çətinliyin olduğu dövrlərdədə də təkrarlanmışdır. İşsizlik dərəcələrində artım və meydana gələn iqtisadi böhran iqtisadçılardan və maliyyə sahəsində işləyənlərdən əlavə digər insanları da intihara sürükləmişdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...