Vyetnamda fəaliyyət göstərən fast-food restoranı Pizza Home koronavirusdan marketinq məqsədilə yararlana bilib. Belə ki, restoran “korona-burger”lər hazırlayaraq satışa çıxarıb.
Bu barədə Vice yazır.
Burger kökələri koronavirusunun mikroskop altındakı görünüşünü xatırladır.
Paytaxt Xanoy-un sözügedən fast-food restoranının baş aşpazı German Qref açıqlama verərək: “Bütün bu koronavirus xəbərləri fonunda insanların özlərini daha yaxşı hiss etməsi üçün belə korona-burgerlər hazırlamaq qərarına gəldik. Vyetnamda məzəli bir anlayış var ki, nədən qorxursansa onu yeməlisən”, deyib.
Qeyd edək ki, “korona-burger”lər restoranın satışlarını təxminən 5% artırıb.