Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Vyetnamın “Pizza Home” restoranı pandemiya qorxusunu belə “dəf etdi”: Virusu ye

Vyetnamın “Pizza Home” restoranı pandemiya qorxusunu belə “dəf etdi”: Virusu ye

36
Paylaş

Vyetnamda fəaliyyət göstərən fast-food restoranı Pizza Home koronavirusdan marketinq məqsədilə yararlana bilib. Belə ki, restoran “korona-burger”lər hazırlayaraq satışa çıxarıb.

Bu barədə Vice yazır.

Burger kökələri koronavirusunun mikroskop altındakı görünüşünü xatırladır.

Paytaxt Xanoy-un sözügedən fast-food restoranının baş aşpazı German Qref açıqlama verərək: “Bütün bu koronavirus xəbərləri fonunda insanların özlərini daha yaxşı hiss etməsi üçün belə korona-burgerlər hazırlamaq qərarına gəldik. Vyetnamda məzəli bir anlayış var ki, nədən qorxursansa onu yeməlisən”, deyib.

Qeyd edək ki, “korona-burger”lər restoranın satışlarını təxminən 5% artırıb.