Avropadan Azərbaycana könüllü qayıdan ailəyə 9 inək və 9 buzov verilib

Date:

Paylaş:

Avropadan Azərbaycana könüllü olaraq qayıdan ailəyə 9 baş inək və 9 baş buzov verilib.

Bu barədə  Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) bildirilib.

BMqT Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (AVRR) layihələri çərçivəsində könüllü ölkəyə qayıdan miqrantlara reinteqrasiya yardımı göstərməkdə davam etdirir. İyulun 29-da BMqT-nin Azərbaycan nümayəndəliyi Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıdan növbəti ailəyə Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində kiçik ailə təsərrüfatının yaradılmasına köməklik göstərib.

Ailəyə İmişli rayonunda, BMqT-nin maliyyə dəstəyi ilə gəlir gətirən fəaliyyətin qurulması üçün 9 baş inək və 9 baş buzov satın alınaraq təhvil verilib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü geri dönənlərə yardım fəaliyyətini göstərir. Ayrılan reinteqrasiya vəsaitləri bir iş qurmaq, mövcud biznesə sərmayə qoymaq, təhsil almaq, habelə müvəqqəti yaşayış üçün istifadə edilə bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...