Əsas səhifə Biznes sahələri Avtomobil “Volvo” 5 minə yaxın avtomobilini geri çağırıb

“Volvo” 5 minə yaxın avtomobilini geri çağırıb

165
Paylaş
Volvo logo
Volvo logo

“Volvo” şirkəti Rusiyada 4,5 minə yaxın avtomobili geri çağırıb.

Qərar avtomobillərin mühərrikində qeydə alınan qüsurla əlaqədardır.

Qeyd olunur ki, mühərrikin plastmass kollektoru bəzi hallarda əriyə bilər, bu isə mühərrik bölümündə yanğına səbəb olar.

Geri çağırılma 2014-2019-cu illərdə Rusiyada satılmış XC70, XC60, S80, “V60 Cross Country”, XC90 və “V90 Cross Country” modellərinə şamil olunur.