Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Volkswagen”in sabiq sədri Ferdinand Pieç vəfat edib

“Volkswagen”in sabiq sədri Ferdinand Pieç vəfat edib

131
Paylaş
Ferdinand Karl Piech
Ferdinand Karl Piech

“Porsche” şirkətinin yaradıcısının nəvəsi, “Volkswagen AG” şirkətinin müşahidə şurasının sədri olmuş Ferdinand Pieç (Ferdinand Karl Piech) 82 yaşında vəfat edib.

Bavariyada restoranda Ferdinandın vəziyyəti pisləşib. O, xəstəxanaya aparılsa da ölüb.

Pieç, “Porsche”nin yaradıcısı Ferdinand Porşe Luizanın qızının oğlu idi. O, bu şirkətdə karyerasına başlayıb.

1993-ci ildə Pieç “Volkswagen”ə başçılıq etməyə başlayıb və 2015-ci ilə qədər bu vəzifədə çalışıb. O, borc içində batıb qalmış şirkəti mənfəətə çıxarıb. 2002-ci ildə o, şirkətin müşahidə şurasının sədri seçilib.

“Volkswagen”, “Audi”, “Bugatti”, “Porsche”, “Bentley”, “SEAT” və s. markalar “Volkswagen AG” qrupuna daxildir.

Ferdinand Karl Piech
Ferdinand Karl Piech
Ferdinand Karl Piech
Ferdinand Karl Piech