“Volkswagen”in səhmdarları dizel qalmaqalı ilə bağlı şirkətdən 11 milyard dollara yaxın təzminat tələb edib.
“Volkswagen” şirkəti səhmdarların təzminat tələbinə görə məhkəmə qarşısına çıxıb. Belə ki, səhmdarlar sözügedən qalmaqaldan sonra səhmlərin ucuzlaşması ilə əlaqədar ziyana düşdüklərini və buna görə nəhəng avtomobil istehsalçısından 9,2 milyard avro (10,6 milyard dollar) təzminat tələb etdiklərini bildiriblər.
Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında üzə çıxan dizel qalmaqalından sonra “Volkswagen”in səhmləri ucuzlaşıb, şirkət isə 27,4 milyard avro cərimə edilib.