Əsas səhifə Biznes sahələri Avtomobil “Volkswagen”in bəzi avtomobil modelləri Türkiyədə buraxılacaq

“Volkswagen”in bəzi avtomobil modelləri Türkiyədə buraxılacaq

122
Paylaş

Almaniyanın avtomobil nəhəngİ “Volkswagen”in direktoru Herbert Diess Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə, Manisada qurulması gözlənilən istehsal müəssisəsi ilə bağlı məsələlər müzakirə edilib.

Bu əməkdaşlıqla bağlı rəsmi və ətraflı məlumatın gələn həftə veriləcəyi gözlənir.

Herbert Diessin “Volkswagen”in istehsal müəssisəsi yaratmaq üçün Türkiyə və Bolqarıstan ölkələri arasında seçim edəcəyi bildirilsə də, bəzi mənbələr şirkətin artıq Türkiyəyə yatırım edəcəyinə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə “Fiat”, “Renault”, “Ford”, “Hyundai” ve “Toyota” kimi şirkətlərlə əməkdaşlıq edərək, 1,3 milyondan çox yüksək keyfiyyətli mühərrikli nəqliyyat vasitələri istehsal edib.