Əsas səhifə Nəqliyyat xəbərləri “Volkswagen”in Avropadakı zavodları fəaliyyətini dondurub

“Volkswagen”in Avropadakı zavodları fəaliyyətini dondurub

11
Paylaş

“Volkswagen Group” avtomobil konserni koronavirus pandemiyası səbəbindən Avropadakı zavodlarının bir çoxunu bağlayıb.

Bu qərar, virusun bazardakı tələbə mənfi təsir göstərməsi ilə əlaqədar olaraq verilib.

Bu həftənin sonunadək İspaniyadakı zavodların, Portuqaliyanın Setubal, Slovakiyanın paytaxtı Bratislava şəhərlərində, eləcə də İtaliyada “Lamborghini” və “Ducati” zavodlarının bağlanması planlaşdırılır.

Almaniyada və digər Avropa ölkələrindəki zavodlar isə iki-üç həftə ərzində fəaliyyətini dayandırmaq üçün hazırlıqlar aparacaq.

Bundan başqa, Fransanın “PSA Group” və “Renault” konsernləri də bir sıra zavodlarda istehsalatı dayandırdığını açıqlayıb.