Volkswagen şirkəti Frankfurtda yerləşən Beynəlxalq avtosalonda özünün yeni loqotipini və üslubunu təqdim edib. Şirkət 3D görüntünü daha düz xətlərlə əvəz edib və əsas elementləri saxlayıb.
Yeni loqotip Volkswagen avtomobillərində, diler mərkəzlərində və brendin təqdimatlarında istifadə olunacaq. İlk öncə şirkətin Avropadakı mərkəzləri, sonra Çindəki, 2020-ci ildən isə ABŞ və digər ölkələrdəki mərkəzləri yenilənəcək. Təzə dizaynın tam olaraq başa çatdırılması isə 2020-ci ilin ortalarına nəzərdə tutulub.
Bundan başqa, maşının təqdimatını həyata keçirən reklamları artıq kişilər deyil qadınlar səsləndirəcək. Bu barədə şirkət özü bildirib.
Şirkətin yeni loqotipi haqqında ilk dəfə yazanlardan biri 2019-cu ilin yazında Carscoops qəzeti olub, avqustda isə Autoweek mətbuatı istehsalçının yeni loqotipindən xəbər tutub. Volkswagen 2000-ci ildən bəri ilk dəfədir ki loqotipini dəyişir.