Əsas səhifə Biznes sahələri Avtomobil “Volkswagen” Türkiyədə şirkət yaradıb

“Volkswagen” Türkiyədə şirkət yaradıb

92
Paylaş

Uzun müddətdir Türkiyədə zavod tikəcəyi gündəmdə olan Volkswagen Manisada şirkət qeydiyyatdan keçirib.

Almaniyanın Volkswagen şirkətinin Türkiyənin Manisa şəhərində 943,5 milyon lirə nizamnamə kapitalı ilə şirkət qurduğu bildirilir.

Şirkətin adı “Volkswagen Turkey Otomotiv Sanayi ve Ticaret AŞ“dir.

Qeyd edək ki, yeni zavodu üçün yer axtarışında olan Volkswagen (VW) Türkiyə və Bolqarıstan arasında seçim edəcək. Qəti qərarın noyabr ayında keçiriləcək toplantıda veriləcəyi gözlənilir. Peşəkar işçilər və infrastrukturu baxımından Türkiyənin şansının yüksək olduğu qeyd edilir.

22 il sonra ilk dəfə bir avtomobil markasının Türkiyəyə girişinin sektora çox ciddi bir təkan verəcəyi, əsas sənaye və yan sənaye daxil 15 minə yaxın məşğulluq təmin edəcəyi bildirilir.

Xəbərin ardınca Volkswagen-in Türkiyə distributoru ” Doğuş Otomotiv” şirkətinin səhmləri bahalaşıb.