“Volkswagen” Çində elektrik maşınları istehsal edən iki zavod tikməyi planlaşdırır. Kütləvi avtomobil yığımı 2019-cu ilin sonunda başlanacaq, lakin şirkət “Tesla” modeli əsasında fəaliyyət göstərir və hələ yığılmasına başlanmazdan öncə maşınlara sifarişi qəbul edir.
Çinin iki “Volkswagen” sexində ildə 600 000 maşın istehsal olunacaq. Daha 330 000 elektrik maşınını isə Almaniyadakı zavod buraxacaq. Bu, şirkətə, Kaliforniyadakı yeganə zavodunun 500 000-ə yaxın maşın yığdığı “Tesla”nı ötüb keçməyə imkan verəcək. “Tesla” da Çində istehsala başlamağı düşünür – onun Şanxaydakı yeni zavodu 250 000 elektrik maşını istehsal edəcək.
ID.3 adını almış “Volkswagen” elektrik maşının ilk təqdimatı 2020-ci ilin ortaları olacaq. O, 30 000 avro olacaq.