Əsas səhifə Biznes sahələri Texnologiya Volkswagen sifarişlərin birbaşa yük yerlərinə çatdırılması imkanını yaradıb

Volkswagen sifarişlərin birbaşa yük yerlərinə çatdırılması imkanını yaradıb

29

Volkswagen-in yeni We Deliver xidməti avtomobilin yük yerini “poçt qutusu” kimi istifadə etməyə imkan verir. Belə ki, bu sistem, çatdırılma xidmətinin işçilərinə sifariş olunan məhsulu sahibi avtomobildə olmadığı halda belə onun yük yerinə qoymağa şərait yaradır. Bu, sizin kuryeri gözləməyə vaxtınız olmadığı zamanlarda çox faydalı ola bilər. Bu yeni xidmətin sloqanı belədir: “Yeni ideyalar baqajı” (“A trunk full of new ideas”).

Volkswagen bildirir ki, xidməti işləyib hazırlayan zaman hədəflər sırasında təhlükəsizlik meyarını əsas götürüblər. Avtomobilin yeri barədə məlumat məhdud zaman ərzində ancaq bir kuryerə bəlli olacaq. Belə ki, o birdəfəlik istifadə üçün giriş kodu əldə edəcək. Amma bununla belə, onun maşına tam giriş imkanı olmayacaq və yalnız yük yerinin açılması funksiyasını idarə edə biləcək.

Xidmət avtomobil istehsalçısının yalnız yeni modelləri üçün əlverişlidir. Ondan ancaq 2019-cu il buraxılışlı maşınların və 2018-ci ilin 2 iyulundan sonra istehsal olunmuş Touaregs-in sahibləri yararlana biləcəklər. Bunun üçünsə xüsusi tətbiqdə qeydiyyatdan keçmək kifayət edir.

Xidmət Volkswagen We-nin rəqəmsal xidmətlər paketi çərçivəsində təqdim olunur və bu paketə We Experience təkliflər xidməti, We Park park etmə tətbiqi və We Share elektrik avtomobillərinin icarəsi xidməti daxildir. Bütün bu xidmətlərdən Berlində artıq istifadə olunur və şirkət We Deliver xidmətini 2020-ci ildə Böyük Britaniyada istifadəyə verməyi düşünür.

Rəy bildir

Please enter your comment!
Please enter your name here