Əsas səhifə Biznes sahələri Avtomobil Volkswagen ilk ID.3 elektromobil seriyasını təqdim edib

Volkswagen ilk ID.3 elektromobil seriyasını təqdim edib

26

Volkswagen şirkəti Frankfrutda yerləşən Beynəlxalq avtosalonda özünün ilk ID.3 elektromobil seriyasını təqdim edib. TechCrunch qeyd edir ki, avtomobil şirkətin MEB platformasında işlənib hazırlanıb və zahirən Volkswagen Golf-u xatırladır.

Avtomobilin altında üç variantda batareya var: 45,58və 77 kVt/saat elektrik enerjisi  elekrtomaşına tək batareya ilə müvafiq olaraq 330,420 və 550 km yol qət etməyə imkan verir. Maşın həmçinin, sürətli enerji yığımı funksiyasına da malikdir –  yarım saat ərzində elektrik maşını 290 km-lik yol qət etməyə kifayət edəcək qədər enerji yığa bilir.

ID.3 salonunda səsli idarəetmə dəstəyindən ibarət rəqəmsal alətlər paneli və 10 dyümlük sensor ekranlı multimediya sistemi yerləşdirilib.

ID.3 baza komplektasiyasında  30 min avrodan az qiymətə başa gələcək. Avtomobilin tədarükü 2020-ci ilin ortalarında başlayacaq.

ID.3 elektrik avtomobilinin xüsusi 1ST versiyası da satışa buraxılacaq. Avtomobil 58 kVt/s batareya ilə təchiz olunub. Bu baza versiyasına oturacaqları və sükanı qızdıran naviqasiya sistemi və digər seçimlər daxildir. ID.3 1ST həm də açarsız giriş sistemli və adaptiv kruiz-nəzarətli Plus versiyasında da təqdim edilib.

Max komplektasiyasına artırılmış reallıqlı əlavə “display” daxildir və o, məlumatı ön şüşəyə və bana əks etdirəcək.

Avropada  ID.3 1ST   baza komplektasiyasında 40 min avrodan ucuz olacaq. Tədarükü 2020-ci ilin ortalarında başlayacaq.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here