Əsas səhifə Biznes sahələri Avtomobil “Volkswagen” 2019-cu ilin ikinci yarısı ilə bağlı maliyyə nəticələrini elan edib

“Volkswagen” 2019-cu ilin ikinci yarısı ilə bağlı maliyyə nəticələrini elan edib

206
Paylaş
Volkswagen
Volkswagen

Mərkəzi ofisi Volfsburqda olan, tərkibinə “Audi”, “Bugatti”, “Seat”, “Skoda” və “Porsche” kimi avtomobillərin daxil olduğu “Volkswagen Group” 2019-cu ilin ikinci yarısı ilə bağlı maliyyə nəticələrini elan edib.

Belə ki, Almaniyanın avtomobil istehsalçısı “Volkswagen Group” ilin ikinci yarısında 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,9% artımla 125,2 milyard avro gəlir əldə edib.

Vergi öncəsi mənfəətini isə 6,5% artımla 9,6 milyard avroya çıxarıb.

Qlobal avtomobil sektorunda çətin vəziyyət hökm sürür. Şirkətin bütün bölmələrində satışlar ötən illə müqayisədə isə 2,8 aşağı düşərək, 5,4 milyon nəqliyyat vasitəsinə enib. Buna rəğmən “Volkswagen Group”un gəlir və mənfəətindəki artım maraq doğurur. Güman olunur ki, idman avtomobillərinə olan tələbin artması və dizel qalmaqalı üçün daha az resursun ayrılması şirkətin maliyyə hesabatına müsbət təsir edib.

Almaniyanın avtomobil istehsalçısının bu il gəlirlərinin isə 5% artması proqnozlaşdırılır.