VN bu supermarketlər şəbəkəsində yeni nəsil kassalar quraşdırılmasına başlayacaq

Date:

Paylaş:

Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir.

Bu barədə Vergilər Nazirliyindən verilən məlumatda deyilir.

Məlumatda deyilir ki, artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələ çərçivəsində işlər icra olunur. Bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə quraşdırılır.

Görülmüş işlər nəticəsində yeni nəsil nəzarət-kassa aparatları şəbəkə sistemli marketlərdə də quraşdırılmaqdadır. Hazırda Bakı şəhərinin iri marketlər şəbəkəsində sistemin işə düşməsi üçün proqram təminatlarının Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərin yekunlaşdırılması və vergi ödəyicilərinin texniki imkanlarının yeni tələblərə uyğunlaşdırılması prosesi gedir. Bu proseslər əsas marketlər üzrə iyul ayı ərzində yekunlaşacaq.

“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin birinci mərhələsində “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrinin inteqrasiyası nəzərdə tutulub.

Vergilər Nazirliyi bildirir ki, yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulmuş qrafik üzrə təsərrüfat subyektlərində təmin ediləcəkdir. Bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.

Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.
Əlavə olaraq bildirmək istərdik ki, yeni nəsil nəzarət-kassa aparatlarına dair daha ətraflı məlumatı bu günlərdə istifadəyə verilmiş https://e-kassa.gov.az internet səhifəsindən əldə etmək olar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...