Son zamanlar bitcoindən daha sürətlə böyüyən ethereum, Rusiya dövləti tərəfindən dəstək almağa başladı. Ethereumun həmtəsisçisi Vitalik Buterin prezident Vladimit Putinlə özəl görüş keçirdi. Ötən həftə St.Petersburg Economic Forumunda Buterinlə görüşən Putin Kremlin bildirdiyinə görə ethereumun məşhurlaşmasını istəyir.
Ethereum Rusiyada böyüyür
Ethereum Rusiyada önəmli kriptovalyutalardan biridir. Rusiya Mərkəzi Bankı daha öncə ethereumu pilot proqram kimi istifadə etməyə başlamışdı. Bitcoinin dünya miqyasında məşhur kriptovalyuta olmasına baxmayaraq Rusiya bu sahədə öz alternativini yaratmaq fikrindədir. Son zamanlar ethereumun sürətlə dəyər qazanmasının səbəbi də budur.