Rusiya Prezidenti Vladimir Putinin müvafiq Sərəncamı ilə sahibkarlığın inkişafında xidmətlərinə, ictimai həyatda fəal iştirakına və uzun illər ərzində vicdanlı işinə görə bir sıra şəxslərə təşəkkür elan edilib.
AZƏRTAC xəbər verir ki, onların sırasında “LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərovun adı da var. Rusiya Prezidentinin bu Sərəncamı ölkənin rəsmi hüquq informasiya internet portalında yerləşdirilib.