Əsas səhifə Biznes sahələri Texnologiya “VKontakte”də səsli kitablara qulaq asmaq üçün yeni xidmət istifadəyə verilir

“VKontakte”də səsli kitablara qulaq asmaq üçün yeni xidmət istifadəyə verilir

100
Paylaş

“Biblio” şirkəti “VKontakte”də səsli kitablara qulaq asmaq üçün eyni adlı striminq xidmətini işə salıb. Onlayn kitabxana 10 000-dən çox fərqli əsəri özündə birləşdirir.

Bu haqda sosial şəbəkənin məlumatında deyilib.

Xidmət “VK Mini Apps” platforması üzərindən buraxılıb. İstifadəçilər, həm ayrı-ayrı əsərləri alıb qulaq asa, həm də abunə yolu ilə səsli kitabları dinləyə bilərlər.

Abunə haqqının qiyməti ayda 333 rubl (5 dollar) təşkil edəcək. Bütün kitablar janr, müəllif və dəyərləndirmələrə görə sıralanır. Bundan başqa, istifadəçilər özlərinin şəxsi kitab rəflərini də, mövzular üzrə yarada biləcəklər. Müəlliflər və əsərin sahibləri üçün xidmətə əlçatanlıq veriləcək. Onlara göstərilən statistikada, əsərlərinə qulaq asanların sayı və qazanc barəsində məlumat veriləcək.

Qeyd etmək yerinə düşər ki, bu ilin mayında “Biblio” bir çox nəşriyyat evləri ilə əməkdaşlıq ilə bağlı razılıq əldə etmişdi.